"Mehmetcik"dən BÖYÜK UĞUR: 48 strateji hədəf MƏHV EDİLDİ - Qəndilə 39 km qaldı

17, 06, 18
15:49

"Mehmetcik"dən BÖYÜK UĞUR: 48 strateji hədəf MƏHV EDİLDİ - Qəndilə 39 km qaldı

"Mehmetcik"dən BÖYÜK UĞUR: 48 strateji hədəf MƏHV EDİLDİ - Qəndilə 39 km qaldı


Türkiyə Silahlı Qüvvələrinin mart ayından başladığı Qəndil əməliyyatları ilə bağlı sonuncu hücumda əhəmiyyətli dərəcədə irəliləyiş əldə edilib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bölgədəki 48 strateji hədəf tamamilə məhv edilib, 56 yeni hədəf isə atəş altındadır.
Hava hücumlarına Türkiyə Silahlı Qüvvələri 11 fərqli nöqtədən artilleriya atəşi ilə dəstək olur. Qəndil sərhədinə 10 kilometr uzaqlıqda olan terror təşkilatının keçid məntəqələri yerləşən Bərmizə kəndi görünür.
Bölgədəki PKK nöqtələri bir neçə saat ərzində hərbi təyyarələr və artilleriya atəşi ilə ən azı 10 dəfə vurulub. Vurulan hədəflərdən yüksələn duman adi gözlə görünür. Məlumata görə, əməliyyatın birinci mərhələsi uğurla başa çatıb, ikinci və üçüncü mərhələlər üçün təhlükəsizlik qaynaqlarından məlumatlar toplanır.
Növbəti 40 gün ərzində əməliyyatların Lelkan, Lolan, Halqurt dağlarında aparılacağı bildirilir. Yerli mənbələrə görə, hazırda Türkiyə Silahlı Qüvvələrinin yerləşdiyi məntəqələrlə Qəndil arasında cəmi 39 kilometr məsafə var.
Şimali İraq torpaqlarında 18 məntəqədə həyata keçirilən əməliyyatda təşkilatın bütün keçid yollarının əksəriyyəti ələ keçirilib. Əməliyyatlar davam edərkən bir tərəfdən də 4 ədəd əsas keçid bazası qurulacaq. Bölgədə keçid bazalarının sayının 19-a çatdırılması planlaşdırılır.
Türkiyə ordusu bəzi bölgələrdə 25, bəzilərində 35 kilometrə qədər irəliləyib. Əməliyyatlar nəticəsində 13 terrorçu öldürülüb, 22 PKK-lı yaralanıb. Son günlər həyata keçirilən hava hücumları nəticəsində təşkilatın xəbərləşmə, qərargah və silah-sursat depoları, sığınacaqlarının yerləşdiyi mövqelər məhv edilir.
Gülxar

Bizimlə əlaqə saxlayın