Türkiyə PKK-nın “beynini” məhv etdi – Ərdoğandan şok açıqlama

17, 06, 18
15:33

Türkiyə PKK-nın “beynini” məhv etdi – Ərdoğandan şok açıqlama

Türkiyə PKK-nın “beynini” məhv etdi – Ərdoğandan şok açıqlama


PKK-nın Qəndildəki toplantı məkanlarını məhv etmişik.
Axar.az xəbər verir ki, bunu “Kanal 7” televiziyasına açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Biz hazırda Qəndil məsələsi üzərində israrla dayanırıq. Orada ilk addım kimi 20 təyyarəylə 10 hədəfi vurduq. Bunlar silah anbarları idi. Təşkil edilən əməliyyatlardan sonra kəşfiyyat fəaliyyətlərimizi də davam etdirdik. Bu yeni fəaliyyətimiz zamanı yeni məlumatlara çatdıq. Yeni bilgilər əsasında əməliyyatlar həyata keçirdik. Nəticədə onların toplantı məkanlarını vurduq. Bunun nəticəsini əldə etməmişik, amma vurulduğu dəqiqdir. Bunu ilk dəfədir sizlə paylaşıram”, – deyə o bildirib.
Ərdoğan vurulan məkanlarda terror təşkilatının liderlərinin olub-olmaması sualına isə “böyük ehtimalla olduqlarını” deyib.

Bizimlə əlaqə saxlayın