Ermənistanda Su-25 hərbi təyyarəsi qəzaya düşdü – Pilotlar öldü


Ermənistan Müdafiə Nazirliyi qəzaya uğrayan Su-25 hərbi təyyarəsinin ekipajının öldüyünü açıqlayıb.
Azerbaycanrealligi.com xəbər verir ki, bir müddət əvvəl Müdafiə Nazirliyi qırıcıların ekipaj üzvləri ilə rabitənin itdiyini bildirmişdi.
Artıq təyyarənin qəzaya uğradığı yer bəlli olub. Təyyarə Şirak vilayətinin Maralika rayonunda qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin pilotları polkovnik leytenant Armen Babayan və mayor Movses Manukyan ölüblər.
Hərbi təyyarə Gümridəki hərbi hava bazasından havaya qalxıb və təlim uçuşunu yerinə yetirirmiş.

Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus “Su-25” qırıcı təyyarəsi yoxa çıxıb.
Demokrat.Az xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, təyyarə ilə əlaqə bu gün yerli vaxta saat 10:20-də itib.
Qeyd olunub ki, gündəlik planlı təlim uçuşunu yerinə yetirən zaman Ermənistan silahlı qüvvələrinin “Su-25” hərbi təyyarəsi səhər saat 10:20 radələrində radarlardan itib və təyyarənin pilotu ilə əlaqə kəsilib.
Məlumatda qeyd olunur ki, təyyarə bu gün səhər saat 10:06-da Gümrüdəki aeroportdan havaya qalxıb. Hazırda itmiş “Su-25”in tapılması ilə əlaqədar axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Azerbaycanrealligi.com
Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Hüseyn Cavidin “Seçilmiş əsərləri” Özbək dilində işıq üzü görüb - FOTO

Hüseyn Cavidin “Seçilmiş əsərləri” Özbək dilində işıq üzü görüb - FOTO

  • 08 noy, 14:49
  • 245
Hüseyn Cavidin “Seçilmiş əsərləri” Özbək dilində işıq üzü görüb - FOTO
Amaliya Pənahova vəfat etdi

Amaliya Pənahova vəfat etdi

  • 08 noy, 10:13
  • 1 078
Amaliya Pənahova vəfat etdi
Özbəkistanda “Azərbaycan mədəniyyəti və ədəbiyyati həftəsi” keçiriləcəkdir.

Özbəkistanda “Azərbaycan mədəniyyəti və ədəbiyyati həftəsi” keçiriləcəkdir.

  • 03 noy, 09:46
  • 352
Özbəkistanda “Azərbaycan mədəniyyəti və ədəbiyyati həftəsi” keçiriləcəkdir.
Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzində fəaliyyət görsədən kurs və dərnəklərin təqdimatı keçirilib - FOTOLAR

Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzində fəaliyyət görsədən kurs və dərnəklərin təqdimatı keçirilib - FOTOLAR

  • 12 okt, 08:41
  • 582
Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzində fəaliyyət görsədən kurs və dərnəklərin təqdimatı keçirilib - FOTOLAR
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar