Paşinyan üçün ölümə gedənlərin sayı azalır - inqilab liderinin reytinqi “əriyir”

Erməni cəmiyyətində məyusluq sürətlə artır - kritik gəlişmə; dekabr seçkilərində qalib gəlsə də, yeni rəhbərlik tezliklə çox ağır sınaq və suallarla üzləşəcək; erməni KİV-i: “Paşinyan demaqogiya və populizmə davam edərsə...”

Ermənistanda növbədənkənar parlament seçkilərinə 10 gün qaldı. Seçkilərdə özünün və tərəfdarlarının qələbəsi üçün Nikol Paşinyan yenə ənənəvi taktikasına sadiqdir - baş nazir əvəzi kütləni küçələrə vaxtaşırı yığmaqda davam edir. Ancaq müşahidəçilərə görə, bu kütlə altı ay öncəki kimi elə də çoxsaylı deyil. Yəni Paşinyanın sadə xalq arasında dəstəkçiləri artıq azalmağa üz tutub.
Bunun da tək səbəbi əhalidə 8 may inqilabından dolayı məyusluğun yaranması və get-gedə güclənməsidir. 7 aydır öz güzəranında yaxşılaşma hiss etməyən əhali artıq şübhələnməyə başlayıb ki, “məxməri inqilab” da onun dərdlərinə çarə olmayacaq. Bu xüsusda erməni KİV-lərində tənqidi materialların artması diqqət çəkir və düşmən ölkədə real ictimai ovqatı bilmək üçün əsas verir. Onlardan birini təqdim edirik.
*****
“Əgər Paşinyan bundan sonra da demaqogiya və populizmlə məşğul olsa, o zaman cəmi ilyarıma yeni parlamentin formalaşacağı barədə proqnozlar həqiqətən doğrula bilər”. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə qərbyönlü armenianreport.com saytının dünənki redaksiya məqaləsində deyilir.

Məqalədə ardınca bildirilir: “Hələ 3-4 ay qabaq biz Nikol Paşinyan hökumətini xəbərdar eləmişdik ki, onun reytinqinin pik vaxtında iqtisadiyyatda islahatlar aparmaq üçün ehtiyatında elə də çox vaxtı yoxdur. Xəbərdarlıq eləmişdik ki, siyasətçi üçün reytinq və populyarlıq - keçici şeylərdir, ona görə də qısa zamanda iqtisadiyyatı hətta qeyri-populyar üsullarla da olsa, reanimasiya etmək lazımdır. Əfsus ki, Paşinyan və ətrafı daha çox öz siyasi opponentləri ilə haqq-hesab çürütməyə və elementar demaqogiyaya kökləndilər, nəinki real işlərə. Nəticədə yeni hökumət üçün olduqca qiymətli zamanı itirdilər. Nəticə budur ki, şəxsən Paşinyanın reytinqi tədricən əriməyə başlayıb. Sübut kimi noyabrın 24-də Nikol Paşinyanın rəhbərliyi ilə keçirilən yürüşü göstərmək olar. Hamı gördü ki, ona dəstək üçün bu dəfə əvvəlkilərdən qat-qat az adam küçəyə çıxıb. Hətta Paşinyanın ən qızğın tərəfdarları özləri də istəmədən etiraf elədilər ki, ölkədə inqilabi hakimiyyət dəyişikliyindən sonra eyforiya xeyli zəifləyib. Səbəb gün kimi aydındır - yeni hökumət ölkədəki çoxsaylı problemləri hələ də həll eləməyə hazırlaşmır. Düzdür, korrupsiya ilə mübarizə aparılır, ancaq bu, hakimiyyət nərdivanının yalnız aşağı, nadir hallarda isə orta pillələrini əhatə edir. Yəni yalnız xırdaları ”götürürlər"".

Məqalədə əhalinin öz güzəranının ciddi şəkildə yaxşılaşmasını hiss etmədiyi vurğulanır: “Əhali bunu hiss edə də bilməz, nədən ki, bundan ötrü iqtisadiyyatın canlanması və maliyyə sektorunun sağlamlaşdırılması lazımdır - hansı ki, yoxdur. Paşinyanın fəaliyyətinə nəzər saldıqda belə təəssürat yaranır ki, o, hələ də özünü inqilab lideri, küçə etirazlarının başçısı kimi hiss edir, nəinki hökumət başçısı kimi, ölkəyə məsul siyasətçi kimi. Paşinyan demaqogiya və populizmlə məşğul olmaqda davam edir. Amma adından danışmağı sevdiyi xalq üçün real və faydalı nəticələri hələ ki görmürük. Odur ki, Paşinyanın reytinqinin aşağı enməsi tamamilə qanunauyğun prosesdir. Adamlar öz içində illər boyu yığdıqları qəzəb buxarını buraxdılar, Sərkisyan rejimini devirdilər və artıq 7 aydır öz vəziyyətlərinin yaxşılaşmasını gözləyirlər. Yaxşılaşma isə necə ki, yox idi, yenə yoxdur. Və indi əhalinin müəyyən kəsimində artıq Paşinyan və onun hökumətindən narazılıq yaranmağa başlayıb. Ona görə də nümayişlərə Paşinyanın ümid etdiyindən xeyli sayda az adam çıxdı”.

Məqalədə hakimiyyətin özünün də bunun fərqində olduğuna diqqət çəkilir: “Buna görədir ki, parlament seçkiləri tələm-tələsik keçirilir. Nikol Paşinyan hələ mayda deyirdi ki, seçkilər 2019-cu il yazında baş tutmalıdır. Amma az sonra fikrini dəyişdi. Niyə? Cavab aydındır: parlament seçkiləri mümkün qədər tez keçirilməlidir, nədən ki, 2019-cu ilin seçkiləri Paşinyanın rəqiblərinə imkan verərdi ki, nəinki toparlansınlar, həm də inqilabçı hakimiyyətin bütün səhvlərindən yararlansınlar. Yeri gəlmişkən, heç nəyə baxmayaraq, şəxsən Paşinyanın reytinqi hələ ki qalib gəlmək və parlamentdə çoxluğa sahib olmaq üçün yetərincə yüksəkdir. Ancaq təkrar edirik, xalqın səbri sonsuz deyil. Əgər Paşinyan bundan sonra da demaqogiya və populizmlə məşğul olarsa, iqtisadiyyatda və daxili siyasətdə (xarici siyasət haqda, ümumiyyətlə, susuruq, çünki orada vəziyyət daha pisdir), o zaman tamamilə mümkündür ki, yeni parlament cəmi ilyarım-iki il mövcud olacaq və buraxılacaq. Onda artıq Paşinyan çoxluğu yenidən qazana bilməyəcək və öz arxasında inqilabla bağlı dərin məyusluqlar saxlayaraq, gedəcək”.

Əlavə edək ki, bu qəbildən xəbərdarlıqlar son vaxtlar Qərb təhlilçilərinin dilindən də tez-tez səslənməyə başlayıb. Onlar Qərbin Paşinyan iqtidarına hələ də real maliyyə dəstəyi verməməsinin səbəbini ilk növbədə ölkədə inqilabdan sonra korrupsiya ilə ciddi mübarizə aparılmaması və köklü iqtisadi islahatların yoxluğu ilə əlaqələndirirlər. Azərbaycanla davam edən müharibə vəziyyəti, Paşinyanın Qarabağla bağlı qeyri-konstruktiv və davakar mövqeyi isə xarici sərmayəçilərin işğalçı ölkəyə marağını əngəlləyən əsas səbəblərdir...      

Azerbaycanrealligi.com
Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Hüseyn Cavidin “Seçilmiş əsərləri” Özbək dilində işıq üzü görüb - FOTO

Hüseyn Cavidin “Seçilmiş əsərləri” Özbək dilində işıq üzü görüb - FOTO

  • 08 noy, 14:49
  • 245
Hüseyn Cavidin “Seçilmiş əsərləri” Özbək dilində işıq üzü görüb - FOTO
Amaliya Pənahova vəfat etdi

Amaliya Pənahova vəfat etdi

  • 08 noy, 10:13
  • 1 078
Amaliya Pənahova vəfat etdi
Özbəkistanda “Azərbaycan mədəniyyəti və ədəbiyyati həftəsi” keçiriləcəkdir.

Özbəkistanda “Azərbaycan mədəniyyəti və ədəbiyyati həftəsi” keçiriləcəkdir.

  • 03 noy, 09:46
  • 352
Özbəkistanda “Azərbaycan mədəniyyəti və ədəbiyyati həftəsi” keçiriləcəkdir.
Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzində fəaliyyət görsədən kurs və dərnəklərin təqdimatı keçirilib - FOTOLAR

Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzində fəaliyyət görsədən kurs və dərnəklərin təqdimatı keçirilib - FOTOLAR

  • 12 okt, 08:41
  • 582
Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzində fəaliyyət görsədən kurs və dərnəklərin təqdimatı keçirilib - FOTOLAR
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar