Mahaçqalada Azərbaycan Cümhuriyyətinin 100 illiyi xatırlanıb

28, 08, 18
09:22

Mahaçqalada Azərbaycan Cümhuriyyətinin 100 illiyi xatırlanıb



Azerbaycanrealligi.com xəbər verir ki, Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində bu ilin 28 mayında, Azərbaycanın Respublika günündə Azərbaycan Respublikasının 100 illiyinə həsr olunmuş “28 May – Azərbaycan günü” adlı bayram tədbiri keçirilmişdir. Tədbir Dağıstan Milli Siyasət Nazirliyi və Mahaçqala Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti sədri Rakif Əzizovun rəhbərliyi ilə təşkil edilib. Rakif Əzizov nəinki təkcə Mahaçqalada, eyni zamanda Dərbənddə yaşayan azərbaycanlıları böyük vətənpərvərlik hissi ilə səfərbər edərək bu möhtəşəm günü bir yerdə qeyd etməyə cəlb etmiş və təntənəli bir tədbir uğurla baş tutmuşdur. Tədbir iştirakçıları ilk öncə Dağıstan Ali Sovetinin keçmiş sədri, görkəmli dövlət xadimi Əziz Əliyevin abidəsini ziyarət edərək önünə əklil qoymuşlar. Rakif Əzizov “28 May – Azərbaycan Günü” tədbirində Rusiya Federasiyasının Milli Siyasət Naziri Tatyana Qamaleyanın, Rusiyalı politoloq Sergey Markedonovun, Rusiya Federasiyasının Dərbənd şəhərindəki “Dədə Qorqud” Xeyriyyə Fondunun direktoru Rafiq Mövsümovun, Dərbənddə yaşayan Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin sədri Telman Tahirlinin, Dağıstan Azərbaycan Dövlət Dram Teatrının direktoru Firdovsi Əsgərovun və başqa tanınmış şəxslərin iştirakına, maraqlı və şən bir tədbirin ərsəyə gəlməsinə nail olmuşdur. Mahaçqala azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Rakif Əzizov tədbirdə çıxış edərək 1991-ci ildə Azərbaycanın müstəqilliyinin bərpasından sonrakı tərəqqisindən geniş şəkildə bəhs etmişdir. Dağıstan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluğu möhkəmlətmək sahəsində, millətlərarası münasibətlərin daha sıx və səmimi məcrada inkişafı üçün çalışan Rakif Əzizov tədbirlə bağlı bildirmişdir ki: “Bu gün Azərbaycan Cümhuriyyətinin 100 illiyi tədbirini keçirdirik. Meydanda, Dövlət binası qarşısında bununla artıq beşinci ildir ki, bu bayramı keçirdirik. Allah mənə nə qədər ömür versə, yenə də bu bayramı keçirdəcəyəm. Eşq olsun mənim Azərbaycanıma. Eşq olsun mənim dövlətimə”. Rakif Əzizov təkcə müəyyən səlahiyyətlər həvalə olunmuş dövlət xadimi deyil, həmçinin azərbaycanlı olması ilə fəxr edən həmyerlimizdir. Onun Azərbaycan və azərbaycanlılar barəsindəki çıxışlarında millilik, vətənpərvərlik və xalqa bağlılıq hisləri hər zaman duyulmaqdadır. Çıxışlarının birində fikirlərini əsaslandırmaq üçün o qeyd edir: “Bizim ulu Heydərimiz həmişə deyib: “Biz azərbaycanlılar harda olmağımıza baxmayaraq, biz, azərbaycanlıyıq”. Vətəninin bugünü ilə bağlı münasibətini açıqlayan Rakif Əzizov bildirdi ki: “Eşq olsun mənim rəhbərim İlham Əliyevə ki, Azərbaycanı gətirib bu yerə çatdırıb, sabit dövlətə çevirib. Mən bununla fəxr edirəm.” 


Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti sədri Rakif Əzizov 



Digər Fotolar






Azerbaycanrealligi.com 

Bizimlə əlaqə saxlayın