İrəvanda dinclik tapa bilməyən Paşinyan qəflətən Xankəndinə gəldi...

26, 08, 18
08:53

İrəvanda dinclik tapa bilməyən Paşinyan qəflətən Xankəndinə gəldi...



Azerbaycanrealligi.com
Ermənistan KV-nə istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu gün axşam saatlarında qəflətən Qarabağa yola düşüb.  

Xəbərdə qeyd olunur ki, Stepanakert ( Xankəndi) aeroportunda Nikol Paşinyanı “Qarabağın başçısı”  (erməni mətbuatı belə də yazır) Bako Saakyan qarşılayıb. Əlavə məlumat verilmir.
 
Paşinyanın Almaniya kansleri Angela Merkeli yola salandan sonra tələsik və qayğılı görkəmdə Qarabağa gəlməsini Koçaryanın Dağlıq Qarabağ erməni ictimaiyyətini öz tərəfinə çəkmək cəhdləri haqında yayılan informasiya ilə əlaqələndirirlər.  Görünür, Bako Saakyanın mövqeyi Paşinyanı qane etmir.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın