ABŞ prezidentindən etiraf: Türkləri sevirəm Ancaq bu birtərəfli ola bilməz

21, 08, 18
11:12

ABŞ prezidentindən etiraf: Türkləri sevirəm Ancaq bu birtərəfli ola bilməz

ABÅ prezidenti Donald Tramp vÉ TürkiyÉ prezidenti RÉcÉb Tayyib ÆrdoÄan, arxiv ÅÉkliPrezident Donald Tramp ABŞ və Türkiyə arasında olan rahib Branson problemi ilə bağlı Reuters-ə eksklüziv açıqlama verib. Azerbaycanrealligi.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Tramp Türkiyəyə tətbiq edilən sanksiyalarla bağlı heç bir uzlaşmanın olmayacağını deyib. O bildirib ki, türk xalqını sevməsinə baxmayaraq, bu sanksiyaları tətbiq etmək məcburiyyətindədir:

"Türkiyəni sevirəm. Türkiyənin insanlarını çox sevirəm. Bu ana qədər sizin də bildiyiniz kimi, prezidentlə çox yaxşı münasibətlərimiz vardı. Onunla bir-birimizi yaxşı başa düşürdük. Ona qarşı münasibətim çox yaxşı. Ancaq bu, birtərəfli ola bilməz. Artıq ABŞ tərəfindən birtərəfli yollar olmayacaq".

Tramp Rəcəb Tayyib Ərdoğanla razılığa gəldiyini və bu çərçivədə İsraildə həbsdə olan bir Türkiyə vətəndaşını azadlığa çıxardığını deyib. O, bunun qarşılığında Ərdoğanın rahib Bransonu azad edəcəyini düşündüyünü bildirib.

"Onun üçün həmin Türkiyə vətəndaşının azadlığa çıxmasını təmin etdim. Onun da bu məsum, mükəmməl, gözəl ata və yaxşı bir xristian olan o adamı (Endryu Bransonu-red.) Türkiyədən çıxarmasını gözlədim. Türkiyənin etdiyi çox narahatlıq doğurur. Qorxunc bir xəta törətdiklərini düşünürəm. Heç bir uzlaşma olmayacaq." – deyə Tramp əlavə edib.

Tramp ABŞ-ın Türkiyəyə tətbiq etdiyi sanksiyaların Avropa ölkələrinə təsir etməyəcəyinə inanmadığını da deyib.

"ABŞ-ın sanksiyalarının başqa ölkələrin iqtisadiyyatına zərər verəcəyindən narahat deyilsinizmi?"- sualına Tramp belə cavab verib: "Heç narahat deyiləm. Lazım olan bu idi. Artıq heç bir razılıq olmayacaq".

Xatırladaq ki, Türkiyə vətəndaşı Ebru Özkan bir müddət əvvəl İsraildə həbs edilmişdi. Sonradan Tramp İsrail lideri Netanyahudan Özkanın azadlığa çıxmasını tələb etmiş və Özkan İsrail tərəfindən deportasiya edilərək Türkiyəyə qayıtmışdı.

 Əvvəllər ABŞ xüsusi xidmət orqanlarının əməkdaşı olduğu iddia edilən rahib Endryu Branson Türkiyədə terror qruplaşmalarına və FETÖ hərəkatına dəstək verməkdə şübhəli bilinərək həbs edilib. Branson 15 iyul 2016-cı il tarixində Türkiyədə baş verən dövlət çevrilişinə cəhddə iştirak etməkdə ittiham olunur. Türkiyə ABŞ-ın FETÖ lideri Fətullah Güləni verməyəcəyi təqdirdə, Bransonu azad etməyəcəyini açıqlayıb. Bu isə iki ölkə arasında gərginliyə səbəb olub. ABŞ Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib.


Azerbaycanrealligi.com




Bizimlə əlaqə saxlayın