Köçəryan azadlığa çıxdı

13, 08, 18
18:36

Köçəryan azadlığa çıxdı


rmənistan Apellyasiya Məhkəməsi keçmiş prezident Robert Köçəryanı azadlığa buraxıb. Azerbaycanrealligi.com  “Sputnik”ə istinadən xəbər verir ki, vəkil Ruben Saakyanın sözlərinə görə, məhkəmə müəyyən edib ki, Robert Köçəryan toxunulmaz şəxsdir.
Jurnalistlərlə söhbətində Robert Köçəryanın vəkillərindən biri Ruben Saakyan deyib ki, məhkəmə müdafiə tərəfinin vəsatətini təmin edib və keçmiş prezidentin toxunulmazlığını nəzərə alaraq, ilk instansiya məhkəmənin qərarını ləğv edib. “Robert Köçəryan artıq məhkəmə binasından çıxıb”, – vəkil qeyd edib.
Xatırladaq ki, Köçəryan iyulun 28-də məhkəmənin qərarı ilə həbs edilmişdi. O, 2008-ci ildə konstitusiya quruluşunun devrilməsində ittiham olunur.

 Azerbaycanrealligi.com  

Bizimlə əlaqə saxlayın