Türkiyədən dünya siyasətini alt-üst edəcək ÜÇİSTİQAMƏTLİ MÜHARİBƏ PLANI

05, 08, 18
18:40

Türkiyədən dünya siyasətini alt-üst edəcək ÜÇİSTİQAMƏTLİ MÜHARİBƏ PLANI

Türkiyədən dünya siyasətini alt-üst edəcək ÜÇİSTİQAMƏTLİ MÜHARİBƏ PLANI


Yeni hökumətin qurulmasından sonra strategiyasını dəyişən Türkiyə yeni dövrdə Qərbin ən böyük rəqibləri olan Rusiya, Çin və Hindistan ilə iqtisadi və siyasi münasibətlər qurmaqla güc balansını dəyişdirmək niyyətindədir.
Publika.az xəbər verir ki, Türkiyə yerli valyuta sisteminin oturuşması ilə dolların bölgədə hökmranlığına son vermək istəyir.
Prezident Rəcəb Tayyib Ərdoğanın dünən açıqladığı 100 günlük proqramda 3 istiqamət ön plana çıxır: Türkiyənin Aralıq dənizindəki enerji həmləsi, Çin, Hindistan və Meksika ilə qurulacaq münasibətlər və yerli valyuta ilə ticarət.
Bu 3 başlıq Türkiyə-ABŞ əlaqələrinin soyumasından sonra daha da əhəmiyyətli hala gəlib.
Enerji baxımından 60% xarici qaynaqlardan asılı olan qardaş ölkə bu siyasətlə asılılığını minimuma endirməklə, Aralıq dənizində İsrail ilə Avropa İttifaqı tərəfindən uzun müddətdir addım-addım tətbiq edilən hücum siyasətini sonlandıracaq və hakimiyyət mübarizəsində üstünlüyü ələ alacaq.
Prezident Ərdoğanın “ixracatda yeni dövrdə əhəmiyyət verəcəyimiz Çin, Meksika, Rusiya və Hindistan bazarlarıdır” sözləri ilə işarə verdiyi yeni dövr sadəc Türkiyə üçün deyil, dünya iqtisadiyyatı üçün də dəyişiklikk yaradacaq. Türkiyə bu müttəfiqlərlə iqtisadi əməkdaşlıq etdiyi halda, Avropanın “kozlarını” əlindən alacaq. Türkiyə hazırda ixracatının 50%-ni Avropaya göndərir. Avropa da bundan istifadə edib zaman-zaman Türkiyənin qarşısına sanksiya kartlarını atır. Lakin Türkiyənin çıxış bazarının çeşidlənməsi və genişlənməsi Avropanın təhdid kartlarını əlindən alacaq.
Eyni şəkildə sözügedən ölkələrlə siyasi münasibətlər də inkişaf etdiriləcək. Çin, Rusiya və Hindistan bloku ilə Türkiyə arasındakı siyasi müttəfiqliyin BRİCS ilə gücləndirilməsi ehtimalı vardır. Bu həmlə ABŞ və qərbli ortaqlarının iqtisadi, siyasi üstünlüyünü bitirmək üçün mübarizə aparan Asiya blokunu önə keçirəcək. Çünki Türkiyənin strateji mövqeyi buna imkan verir .
Zümrüd

Bizimlə əlaqə saxlayın