Azərbaycan Budo yığması Tunisdən uğurla qayıdıb - FOTOLAR

05, 12, 21
10:07

Azərbaycan Budo yığması Tunisdən uğurla qayıdıb - FOTOLAR


Noyabr ayının 30-u Azərbaycan Budo döyüş növləri üzrə yığma komandası Tunisdə keçirilən dünya çempionatında iştirak edib.  Yarışda idmançılarımız ölkəmizi uğurla təmsil ediblər.

Xəyal Quliyevin yetirmələrindən 95+ kq çəkidə döyüşən  Məmmədov Azər, 70 kq-da döyüşən Məmmədov İbrahim, eləcə də müvafiq olaraq 85 və 60 kiloqram çəkidə döyüşən Cəmilbəyli Xəyal və Xanoğlanlı Elgün bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüblər.

Bundan başqa, idmançılarımız dünya çempionatında 2 gümüş medal aktivlərinə yazıblar. Bunlar 80 və 75 kiloqram çəkidə döyüşən Quliyev Xəyal və Əhmədov Azərdir.

Bu gün axşam radələrində idmançılarımızı Bakı aeroportunda dostları və azarkeşlər izdihamlı şəkildə qarşılayıblar.

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın