“Qarabağ” “Neftçi”ni darmadağın etdi - VİDEO
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura start verilib.
Turun açılış matçı "Zirə" və "Keşlə" komandaları arasında baş tutub. Bu oyunda Rəşad Sadıqovun komandası inamlı qələbəyə sevinib - 2:0.
Günün və turun mərkəzi oyununda isə "Qarabağ" və "Neftçi" üz-üzə gəlib. Ağdam təmsilçisi rəqibini 4:0 hesabı ilə darmadağın edərək 20 xalla vahid lider olub.
Azərbaycan Premyer Liqası, IX tur
30 oktyabr (şənbə)
16:00. “Zirə” – “Keşlə” - 2:0
Qollar: Loris Broqno, 17, Ağabala Ramazanov, 42
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Kamal Umudlu
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Zirə İdman Kompleksinin stadionu
18:30. “Qarabağ” – “Neftçi” - 4:0
Qollar: Ozobiç, 11, Zubir, 15, Ozobiç, 23-pen.Veşoviç, 90+2
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Vüqar Həsənli
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Seymur Səlimli
“Azersun Arena”
Qeyd edək ki, IX turun "Qəbələ" - "Sabah" və "Sumqayıt" - "Səbail" qarşılaşmaları oktyabrın 31-də olacaq.
AZƏRBAYCANREALLIĞI.COM