Bu gün mundialda 1\4 final başlayır

06, 07, 18
10:48

Bu gün mundialda 1\4 final başlayır

PSJ-nin iki “qoç”u: bu gün Mbappe və Kavani duelidir; 1\4 final mərhələsində Fransa Uruqvayla qarşılaşır, Belçika Braziliya səddini keçərsə...

Rusiyada keçirilən futbol üzrə  XXI  dünya çempionatı həyəcanı finiş mərhələsinə daxil olur. Bu gün 1\4 final oyunlarının startı verilir.
Saat 18:00-da Fransa və Uruqvay milliləri qarşı-qarşıya gələcək. Saat 22:00-da isə Belçika və Braziliya milliləri meydana çıxacaq.
Fransa və Uruqvay ümumilikdə 8 dəfə qarşlılaşıblar. İlk dəfə 1924-cü il Olimpiya Oyunlarda rəqib olublar.  1\4 finalda cənubi amerikalılar 5:1 hesabı ilə qalib gəliblər. 1966, 2002 və 2010-cu illərdə keçirilən mundiallarda onlar qrup mərhələsində rəqib olublar. Yalnız bir dəfə-1966-cı ildə Uruqvay rəqiblərini 2:1 hesabı ilə məğlub edib. Digər iki mundial qarşılaşmalarında hesab açılmayıb. Sonuncu dəfə 2013-cü ildə komandalar Uruqvayda keçirilən yoldaşlıq görüşündə güclərini sınayıblar. Həmin görüşdə meydan sahibləri 1:0 hesabı ilə qalib gəlib.
Göründüyü kimi, Uruqvay Fransa üçün asan rəqib deyil. Baxmayaraq ki, FİFA-nın son reytinq cədvəlində Fransa 7-ci, Uruqvay isə 14-cü yerdə qərarlaşıb.     
Kavani ile ilgili görsel sonucu      
Uruqvay 1\8 son Avropa çempionu Portuqaliyanı Edinson Kavanin 2 möhtəşəm qolu ilə məğlub etdi. Bu, son 64 ildə ilk dəfə idi ki, Uruqvay millisi 1\8 final mərhələsində bir Avropa klubunu mübarizədən kənarda qoymağı bacardı.
Fikrimcə, Uruqvay millisi mundialda ilk matçı (Misir yığması ilə) istisna olmaqla, çempionat ərzində gücünü artırmış, oyunu tərzini oturuşdurmuş yeganə komandadır. Hər oyunda Uruqvay “sürətə” bir az daha çox “qaz” verir. Portuqaliya ilə qarşılaşmada Uruqvay çox yaxşı oynadı və Edinson Kavaninin qolları möhtəşəm idi. Bu hücumçu, ümumiyyətlə, komandanın təkəridir. Hər yerə köməyə çatır, yorulmadan meydan boyu işləyir. Oyunun sonlarına yaxın zədə səbəbindən meydanı tərk etdikdən sonra yeri göründü, Suares hücum xəttində tək qaldı. Bu gün meydana çıxması gözlənilən Kavani və  Suares dueti alınsa, Fransanın müdafiəsinə ciddi başağrısı olacaq.
Fransa Argentina ilə 1\8 mərhələdə nəhayət ki, açılışdı, həm baxımlı, həm də məhsuldar oyun göstərdi. Fransanın 20 il əvvəl öz ölkələrində keçirilən dünya çempionatındakı uğurunu bu mundialda təkrar edə biləcəyi haqda çox danışılır. Fransa məhz Argentina ilə qarşılaşmada çempionluq iddiasında olan komanda kimi oynadı. Xüsusən hücumda istədikləri alındı. Fransanın gənc hücumçusu Mbappe isə Argentinanın “qoca” larına dərs verdi. Belə hücumçu hər komandada yoxdur. Həm gənc, həm texnikalı, həm də sürətli. Mbappe iki qol vurdu və bir penalti qazandı. Buna nəinki zəifləmiş  Argentina, heç fil də dözə bilməzdi. Təəssüf ki, “Avro-2016"nın ən məhsuldar oyunçulardan ibarət Olivye Jirunun mundialda oyunu alınmır. Antuan Qrizmannda yalnız iki penalti vurub.  Usman Dembele isə meydana az buraxılır. Bu gün hər iki komandanın taleyi heyətindəki ulduz hücumçuların necə oynayacağından asılıdır.

Yeri gəlmişkən, məlumdur ki, həm Kavani, həm Mbappe PSJ-də birgə oynayırlar. Bundan başqa, Fransanın heyətindəki Samuel Umtiti və Luka Din “Barselona”da Sueresin komanda yoldaşlarıdır.  
Almaniya bədbəxt olandan sonra Uruqvaya azarkeşlik edirəm. İçimdən bir hiss hətta deyir ki, mundialın çempionu bu iki komandadan biri olacaq.
Antuan Qrizmann bugünkü görüş haqda maraqlı açıqlamalar verib. Fransalı forvard deyib ki, Uruqvay onun heyətində olduğu “Atletiko” kimi oynayacaq. “Onlar vaxtı uzatmağa, yıxılmağa və referiyə yaxınlaşmağa çalışacaqlar. Bizə  buna öyrəşmək lazımdır. Uruqvay oyunu darıxdırıcı etməyə və bizi də buna cəlb etməyə çalışacaq” deyə, o bildirib.  Qrizmann Uruqvay millisinin hücumçusu Edinson Kavani haqda da danışıb. “ Kavani dünyada nümunə olacaq bir hücumçudur. O qol vurur vurur, müdafiədə komandasına kömək edir, meydanın hər yerində onu görmək mümkündür. Əgər o, bizimlə qarşılaşmada zədə səbəbindən meydana çıxmazsa, bu oyunda çox şeyi həll edəcək, çünki o, böyük futbolçudur”.
 

Braziliya mundialda ilk dəfə güclü rəqiblə qarşılaşır 

Braziliya vÉ Belçika ile ilgili görsel sonucu
Braziliya və Belçika milliləri 6 dəfə üz-üzə gəliblər, bunların 5-də cənubi amerikalılar qalib olub, birində Avropa təmsilçisi. 
Komandalar mundiallar tarixində ikinci dəfədir ki, qarşı-qarşıya gələcəklər. Onlar 2002-ci il mundialında 1\8 mərhələdə qarşılaşıblar. Beş qat dünya çempionu həmin görüşdə 2:0 hesabı ilə qalib gəlib. Elə o mundialdan sonra komandalar 16 il sonra yenidən üzə-üzə gəlirlər.
Braziliya Meksika ilə 1\8 qarşılaşmasında qrup mərhələsindən fərqli oyun göstərmədi. Braziliya düzgün taktika ilə irəli gedir, Meksikanı da yaxşı tanıyırdılar və müdafiədə iki kobud səhv onlara baha başa gəldi. Bu səhvlərdən birini Neymar qola çevirdi.
Braziliya vÉ Belçika ile ilgili görsel sonucu
Ronaldonu sevinə-sevinə evlərinə yola salandan sonra  Neymara baxmaq çox keflidir vallah. Bütün dünya onun yıxılanda çıxardığı sirkdən danışır. Hər gözəlin bir eybi olduğu kimi Neymar da bu cürdür. Braziliyalılar onu sevir və mundialda onlara uğur gətirəcəyinə inanır.
Braziliya bu gün, nəhayət, qrupda qarşılaşdıqları ortabab komanda deyil, mundiala çempionluq üçün gəlmiş Belçika millisi ilə sınağa çəkiləcək. Neymarın sirki burada artıq o qədər də keçməyəcək. Braziliya nə istədiyini və necə oynamaq lazım olduğunu bilir. Hələ mən mundialda onların bir parlaq oyununu görmədim. Bəlkə bu gün Belçika onları əsl Braziliya kimi meydana çıxmağa məcbur etdi.      
Belçika Yaponiya ilə oyunda əzmkar qələbə qazandı və bir daha yaxşı futbolçulara malik olduqlarını  göstərə bildilər. Amma bu komanda da ilk dəfə “büdrədi”. Rəqib Yaponiya yox, məsələn, müdafiədə daha etibarlı oynayan və daha təcrübəli bir komanda olsaydı, 70 dəqiqədən sonra 3 top vurmaq olmazdı.                           
Hər iki 1\4 bizə gərgin oyun vəd edir. Dadını çıxaraq, mundialın sonuna nə qaldı ki...

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın