AVRO-2020-yə baxmaq üçün yerimizə seçim edirlər — TRT1-ə "yox", "Rossiya1"ə "hə"...


Futbol üzrə Avropa Çempionatında qrup mərhələsinin oyunları davam edir.

Azerbaycanrealligi.com-un xəbərinə görə, qitə yarışı başlayan vaxtdan artıq 10 gün keçib. İlk günlər yerli kanallardan yayım hüququna malik "İdman Azərbaycan" və İctimai TV azarkeşlərin matçları izləməsi üçün canlı yayımlar verməyə başladı. Onlarla paralel Türkiyənin TRT1 və Rusiyanın "Rossiya1" telekanalları da futbolsevərləri ekran başına toplayaraq, qarşılaşmaları canlı olaraq təqdim edirdilər.

Müşahidələr onu göstərir ki, son günlər oyuna dəqiqələr qala Azərbaycanda Türkiyənin TRT1 telekanalından futbola baxmağa imkan yaradılmır. Azarkeşlərə seçim tanımaq əvəzinə, yayım kəsilir və insanları yerli və ya Rusiya kanallarını izləməyə məcbur edirlər. Bununla da, "Televiziya və radio yayımı haqqında" Qanunun müvafiq maddəsində göstərilmiş bənd pozulur. 

Qeyd edək ki, Qanunun 11 maddəsinin 4.6. bəndində deyilir: 

"Zəruri hallarda (ictimai əhəmiyyət kəsb edən tədbirlərin, seçkilərin, mühüm əhəmiyyətli idman yarışlarının keçirilməsi zamanı və s.) xarici televiziya və radio kanallarının Azərbaycan ərazisində peyk vasitəsilə yayımı üçün icazə verir". 

Digər maraqlı məqam ondan ibarətdir ki, TRT1-in yayımı kəsildiyi halda, Rusiyanın "Rossiya1" və "Futbol1" telekanalları Azərbaycan ərazisində öz canlı yayımları rahatlıqla apara bilirlər. 

Azerbaycanrealligi.com
Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
“Deyəndə Allah bağışlayan deyil, min yerə yozdular sözümü, cahillər“ - Flora Kərimova

“Deyəndə Allah bağışlayan deyil, min yerə yozdular sözümü, cahillər“ - Flora Kərimova

  • 21 iyl, 19:00
“Deyəndə Allah bağışlayan deyil, min yerə yozdular sözümü, cahillər“ - Flora Kərimova
Flora Kərimova müğənnilərə əsəbləşdi: “Utanmırsınız?“

Flora Kərimova müğənnilərə əsəbləşdi: “Utanmırsınız?“

  • 10 iyl, 22:00
Flora Kərimova müğənnilərə əsəbləşdi: “Utanmırsınız?“
“Azərbaycanda yas mərasimlərində süfrədə bircə araq çatmır“ - Rasim Balayev

“Azərbaycanda yas mərasimlərində süfrədə bircə araq çatmır“ - Rasim Balayev

  • 30 iyn, 19:00
"Azerbaycan'da yas törenlerinde masada tek bir votka yok" - Rasim Balayev
"Ayrıldım, sanki azadlığa çıxdım. Mən onunla sevişirəm" - Müğənni Nüşabədən ŞOK AÇIQLAMA

"Ayrıldım, sanki azadlığa çıxdım. Mən onunla sevişirəm" - Müğənni Nüşabədən ŞOK AÇIQLAMA

  • 24 iyn, 22:30
"Ayrıldım, sanki azadlığa çıxdım. Mən onunla sevişirəm" - Müğənni Nüşabədən ŞOK AÇIQLAMA
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar