Türkiyədə son 60 ilin ən dramatik gecəsi - çempion "Beşiktaş" oldu!!!

16, 05, 21
09:00

Türkiyədə son 60 ilin ən dramatik gecəsi - çempion "Beşiktaş" oldu!!!


Bu gün axşam Türkiyə Superliqasında çempion müəyyən olunub. Musavat.com xəbər verir ki, çempionluq istəyən "Beşiktaş" və "Qalatasaray"ın 82 xalı vardı. "Fənərbaxça" isə 79 xala sahib idi və rəqibləri uduzardısa, özü isə qalib gələrdisə, çempion ola bilərdi. Saat 21:30-da hər üç klub son oyununa çıxıb.

"Beşiktaş" İzmirdə "Göztəpə" nin qonağı olub. Hesabı qonaqlar açsa da, meydan sahibləri hesabı bərabərləşdirə biliblər. İlk hissə bu hesabla başa çatıb. "Qalatasaray" isə öz meydanında "H. Y Malatyaspor" la oynayıb. Fatih Terimin komandası qalib gəlməklə bərabər "Beşiktaş" la arasında olan 2 top fərqini də aradan qaldırmalı idi. Amma ilk hissədə "Qalatasaray" 0:1 hesabı ilə məğlub olub. Oyunlar bu hesabla başa çatsa, "Beşiktaş" çempionluğu bayram edə bilərdi. "Fənərbaxça" da ilk hissədə "Kayserispora" 1:0 uduzub.

Beləliklə, son 60 ildə Türkiyə Superliqasında dramatik bir ilk yaşanıb, çempionun adı son final fitinə qədər qeyri-müəyyən qalıb.

İkinci hissə başlayan kimi "Qalatasaray" bərabərlik qolunu vurub. 20-ci dəqiqədə Fatih Terimin klubu hesabda irəli çıxıb. 2:1. 90-cı dəqiqədə meydan sahibləri daha bir qol vurublar.

"Kayserispor' qarşılaşmasının ikinci hissənin ilk 10 dəqiqəsində "Fənərbaxça" da penalti qazanıb, amma hesabı bərabərləşdirə bilməyib. Oyunun sonunda isə "Fənərbaxça"nın 2:1 hesablı qələbəsi 3-cü pillədə yer alan komandanın mövqeyini dəyişməyib. Kayseridə yerli “Kayserispor” üzərində əzmkar qələbə qazanan “Fənərbaxça” buna rəğmən bürünc mükafatla kifayətlənib.

"Göztəpə" - "Beşiktaş' oyunun ikinci yarısının 70-ci dəqiqəsində meydan sahiblərinin qapısına penalti təyin edilib." Beşiktaş" topu qapıya vurub və hesab 2:1 onların xeyrinə olub.

Beləliklə,"Beşiktaş" "Qalatasaray"ı çempionat ərzində vurduğu 2 qol hesabına görə üstələyək, 84 xalla çempionluğu bayram edib.

Bir azdan pandemiya qadağalarına baxmayaraq, küçələrdə çempionluq bayramı başlayacağı gözlənilir.





Azerbaycanrealligi.com


Bizimlə əlaqə saxlayın