Azərbaycan Kikboksinq Federasiyasında yeni təyinatlar - Rəsmi
Azərbaycan Kikboksinq Federasiyasının Prezidenti Orxan Əliyev yeni məşqçi və hakimlər təyin edib. Təyin olunalar arasında məşhur idmançılar Eduard Məmmədov və Fuad Zeynalov da var.
Azerbaycanrealligi.com xəbər verir ki, Ən maraqlı təyinatlardan biri isə gənclər arasında "full-contact" döyüş növü üzrə böyük məşqçi vəzifəsinə təyin edilən Anar Lalayevdir.
Qeyd edək ki, Anar Lalayev dünya və Avropa cempionu, eyni zamanda peşəkarlar arası ilk Avropa və Asiya kəmərinin sahibidir. İdman ustası və əməkdar məşqçidir. A.Lalayev idman sahəsindəki uğurları ilə paralel Baki şəhər icra hakimiyyətində baş məsləhətci vəzifəsində calışır.
Anar Lalayev
Federasiya prezidenti Elşən Abdulrəhimov, Çingiz Eyvazov, Telman Məhərrəmov, Ceyhun Abbasov Əli Cəfərli və digərlərini də böyük məşqçi vəzifəsində təyin edib. Təyinatların təqdim edilməsində federasiyanın vitse-prezidenti Ehram Məcidov, komandanın baş katibi və rəisi Sadıx Bağırov da iştirak ediblər.
Azerbaycanrealligi.com