İngilis azarkeşlər Belçika ilə oyuna belə hazırlaşır – FOTOLAR

28, 06, 18
17:19

İngilis azarkeşlər Belçika ilə oyuna belə hazırlaşır – FOTOLAR

İngilis azarkeşlər Belçika ilə oyuna belə hazırlaşır – FOTOLAR




Bu gün ingilislər çox vacib qarşılaşmada Belçika millisi ilə üzləşəcəklər.
Bu matçın qalibi qrupudan birinci olaraq çıxacaq. Qarşılaşma həm də ona görə maraqla gözlənilir ki, İngiltərə yığması mundialda ilk dəfə güclü bir yığmayla qaşılaşacaq.
Minval.İnfo xəbər verir ki, ingilis azarkeşlər bu matça çox böyük həvəslə hazırlaşırlar. Mundial başlayandan “Bring it home again”  yəni “onu yenidən evə gətir” həşteqi ilə ingilis azarkeşlər aktivlik göstərir. Hətta bəzi azarkeşlər Belçikanın qüruru Yan Klod Vandamın heykəlinə İngiltərə forması geyindirərək oyun başlamadan hesabı aça biliblər.

İngilis gözəlçələr də öz dəstəklərini millidən əsirgəmirlər. Çimərlikdə toplaşan gözəlçələr dəstəklərini belə göstəriblər.

Çılğınlıqları ilə seçilən ingilis azarkeşlərin bu matçdan sonra münaqişə yaradıb – yaratmayacaqları maraqla gözlənilir.
Tamerlan
Minval.İnfo

Bizimlə əlaqə saxlayın