“Qarabağ” Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı

30, 08, 18
23:23

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı



Bu gün “Qarabağ” pley-offda cavab matçına çıxır.
Musavat.com xəbər verir ki, Qurban Qurbanovun komandası Bakıda Moldovanın “Şerif” klubunu qəbul edir.
Tiraspolda keçirilən ilk görüşdə rəqibinə 0:1 hesabı ilə uduzan Ağdam təmsilçisi mərhələni keçmək üçün mütləq sərfəli hesabla qalib gəlib gəlməlidir.

Oyunun 7-ci dəqiqəsində "Qarabağ" hesabı açdı. 1:0

Oyunun 41-ci dəqiqəsində "Qarabağ" "Şerif"in qapısından daha bir top keçirdib: 2-0
İlk hissədə başqa qol olmayıb.

55-ci dəqiqədə "Qarabağ" 3-cü qolunu vurub.
***
Oyun 3:0 "Qarabağ"ın qələbəsi ilə başa çatıb. Beləliklə, Ağdam təmsilçisi növbəti mərhələyə keçə bilib.
 
Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın