“Qarabağ” BATE ilə bacarmadı - Fotolar

08, 08, 18
10:00

“Qarabağ” BATE ilə bacarmadı - Fotolar

âQarabaÄâ BATE ilÉ bacarmadı
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ” BATE-ni qəbul edəcək.
“Qafqazinfo” xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:
“Qarabağ”: 1. Hannes Halldorsson, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 7. İnnosent Emeqara, 8. Miçel, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 28. Con Delarj, 55. Bədavi Hüseynov, 77. Donald Gerrye

Ehtiyat oyunçular: 13. Vaqner, 11. Mahir Mədətov, 19. Filip Ozobiç, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 91. Coşqun Diniyev
BATE: 48. Denis Şerbitski, 4. Aleksandr Filopiviç, 5. Yevgeni Yablonski, 8. Stanislav Draqun, 10. Mirko İvaniç, 13. Nikolay Siqneviç, 17. Aleksey Rios, 21. Yeqor Filipenko, 22. İqor Staseviç (k.), 25. Dmitri Baqa, 42. Maksim Volodko
Ehtiyat oyunçular: 35. Anton Çiçkan, 7. Yevgeni Beryozkin, 11. Aleksandr Qleb, 15. Maksim Skavış, 23. Zaxar Bolkov, 24. Yasse Tuominen, 45. Vladislav Muxamedov
Çempionlar Liqası
3-cü təsnifat mərhələsinin ilk oyun
21:00. “Qarabağ” (Azərbaycan) - BATE (Belarus)
Hakimlər: Andreas Ekberq, Mehmet Kulum, Stefan Hallberq, Kristofer Karlsson (hamısı İsveç)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
***
Matç başladı.
***
"Qarabağ" 9-cu dəqiqədə rəqib qapısına təhlükəli gəldi. Qapı qarşısına ötürməyə Miçel toxuna bilmədi.
***
36-cı dəqiqədə hesab açıldı. "Qarabağ" müdafiəçilərinin cərimə meydançası yaxınlığında buraxdığı səhvdən sonra BATE futbolçular ani ötürmə ilə qol şansı yaradıb. Draqun şansdan maksimum yararlanıb və BATE-ni hesabda önə çıxarıb.
***
İkinci hissə başladı.
***
İlk hissə BATE-nin minimal hesablı üstünlüyü ilə başa çatdı.
***
İkinci hissə başladı.
***
Matçın 60 dəqiqəsi geridə qaldı. "Qarabağ"ın bərabərlik qolu üçün hücum cəhdləri hələlik nəticə verməyib.
***
Oyunda başqa qol vurulmadı və "Qarabağ" 0:1 hesabı ilə məğlub oldu.
















Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın