Ağa Neymətulla küçəsində "Xaçapuri HOME Restoranı" sakinlərin əsas yolunu zəpt edib - VİDEO

10, 06, 23
17:44

Ağa Neymətulla küçəsində "Xaçapuri HOME Restoranı" sakinlərin əsas yolunu zəpt edib - VİDEO


Bakının mərkəzi küçələrindən biri olan Nərimanov rayon Ağa Neymətulla küçəsi 23 ünvanda yerləşən 5 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində qeyri-yaşayış ərazisində yerləşən "Haçapuru Home" Restoranı sakinlərin istifadə edəcəyi yol qırağı səkini demək olar ki bir çox ərazisini zəbt edib.

"Azərbaycan Reallığı"na video şikayət göndərən sözü gedən ərazidə yaşayan sakin iddia edir ki, Restoran sakinlər üçün istifadə də olan yolun 2 metr enin təxminən 15 metrdən artıq ərazisini zəbt edərək videodan da göründüyü kimi xüsusi şuşə proyekti ilə hasarlanmış yerə restoranın öz gəlir məqsədi ilə həmin əraziyə biznes məqsədi ilə əlavə stollar düzüb.

Adının çəkilməsini istəməyən sakin bildirir ki dəfələrlə restoran rəhbərliyinə sakinlər narazlığın bildirsə də onların narazlığına məhəl qoyan olmayıb. Həmçini qeyd olunur ki, restoran yaşayış yeri ərazisi olduğu üçün sözügedən məkan və ərazidə sakinlər restoran rəhbərliyi arasında dəfələrlə narazlıq yaranıb.

Sözü gedən video görüntünü təqdim edirik:



"Azərbaycan Reallığı" qarşı tərəfində mövqeyini tanıyır 

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841
 
 

Bizimlə əlaqə saxlayın