Seçkilərdə gündəmə gələn Əfruz müəllim öldü

10, 06, 23
16:33

Seçkilərdə gündəmə gələn Əfruz müəllim öldü


Bir neçə il öncə bələdiyyə seçkiləri zamanı gündəmə gələn, Bakı şəhər Yasamal rayon 13 saylı orta məktəbin idman müəllimi Əfruz Hacıyeva vəfat edib.

"Azərbaycan Reallığı" xəbər verir ki, o, ötən gün xəstəlik səbəbindən dünyasını dəyişib.

13 saylı məktəbdən saytımıza bildirilib ki, Əfruz Hacıyeva bir müddət əvvəl yaşla əlaqədar pensiyaya çıxıbmış.

Qeyd edək ki, Ə.Hacıyeva 2014-cü il bələdiyyə seçkilərində yol verilmiş qanunsuzluq hallarının görüntüləri ilə bağlı gündəmə gəlmişdi.

Həmin vaxt Əfruz Hacıyeva 15 saylı Yasamal I Seçki Dariəsinin 12 saylı seçki məntəqəsinin üzvü idi. (Qafqazinfo.az)

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841
 
 

Bizimlə əlaqə saxlayın