Çarəsiz durumda olan məhkum anası İnam Kərimoval görüşmək istəyir - VİDEO

07, 06, 23
16:00

Çarəsiz durumda olan məhkum anası İnam Kərimoval görüşmək istəyir - VİDEO


Məhkum anası Qasımova Kamalə Bakı Ali Məhkəmə önündə etiraz edərək bildirir ki, oğlu illərdir haqsız yerə şərlənərək həbs olunub. Onun oğlunun həbsində maraqlı şəxslərin əli var və həbsi sifariş ediblər. Çox təəsüflər olsun ki, məhkəmə sistemi də buna göz yumur, heç bir əsas olmadan onun oğlunu 12 il azadlıqdan məhrum edilib.

Ana bununla bağlı bir neçə yuxarı instansıyalara müraciət etsə də səsinə səs verən olmayıb hətta həyat yoldaşı bu haqsızlıqa dözməyərək özünü qatarın altına ataraq inthar edib. Məhkum anası Qasımova Kəmalə məhkəmə önündən jurnalistlərə video açıqlamasında bildirir ki, artıq üz tuta biləcəyi qurum qalmayıb, bir sözlə artıq döymədiyi qapı da qalmayıb.

Ümid yeri yeni təyin olunan Ail məhkəmənin sədri İnam Kərimovdur. Ana İnam Kərimovla görüşərək baş vermiş haqqsızlıqı onun diqqətinə çatdıraraq oğlu barəsində ədalətli məhkəmə qərarı istəyir. Məhkəmə önündə ana qəbula yaxınlaşaraq qəbula yazılıb, onu yaxın zamanlarda ail məhkəmənin sədrinin qəbul edəcəyi deyilir.

Daha ətraflı videoreportajda:


AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841
 

Bizimlə əlaqə saxlayın