Tanınmış biznesmen və xeriyyəçi Fuad Rzayev Mehriban Əliyevaya müraciət etdi

18, 05, 23
08:00

Tanınmış biznesmen və xeriyyəçi Fuad Rzayev Mehriban Əliyevaya müraciət etdi


Moskvada yaşayan, əslən Azərbaycanlı olan tanınmış biznesmen və xeytiyyəçi, “Ağdam” batalyonun tam təminatçısı olmuş Fuad Rzayev birinci vitse-prezident Mehriban əliyevaya müraciət ünvanlayıb.

Müraciətin tam mətnini təqdim edirik:

Azərbaycan Respublikasının 1-ci Vitse-prezidenti Mehriban xanım Əliyevaya.

Hörmətli Mehriban xanım!

Mən, Rzayev Fuad Bakıda doğulub boya-başa çatmışam. İş adamı olmuşam. Birinci Qarabağ savaşında Ağdam batalyonunun bir il tam təchizatını öz şəxsi vəsaitim hesabına həyata keçirmişəm.

Azərbaycan kinosunun həmin illərdə tənəzzülə uğradığını görduyum üçün “Bəxt üzüyü” filminin tək və tam sponsoru olmuşam, həm də yaradıcılıq fəaliyyətində də iştirak etmişəm.

Hal-hazırda Qarabağda böyük quruculuq işləri aparılır. Bu gün yaşlandigim üçün aktiv bizneslə məşğul ola bilməsəm də, Moskvanın ən gözəl yerlərindən birində tikilmiş Azərbaycan Beynəlxalq Universitetinin böyük binasının və ərazisinin satılaraq əldə olunan vəsaitin “Yaşat” və ya digər ictimai fondlara köçürülməsinə qərar vermişəm. Lakin, bütün sənədlər hazırda Azərbaycan CM- nin213.2.2 ( Vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən istifadə etmə ağır nəticələrə səbəb olduqda), 311.3.1 (Rüşvət alma,qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə),  311.3.2 (təkrar törədildikdə), 311.3.3 (külli miqdarda törədildikdə), 312.2 (Vəzifəli şəxs tərəfindən bilə- bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə),  29 (Cinayət etməyə cəhd) maddələri ilə təqsirləndirilən və axtarışda olan sabiq rektor, hal- hazırda elmi  və siyasi rəhbəri  olmuş ermənilər vasitəsilə Fransada siyasi mühacir adı altında gizlənən, pullarını erməni fondlarına yönəltmiş satqın Elşad Abdullayevin adındadır.

Satqın Elşad Abdullayevin adındadır.

Mən, ABU-nun Moskva filialının açılmasında böyük əməyi və zəhməti olmuş bir təqaüdçü (pensioner) olaraq bu binanı və torpaq ərazisini Vətənimə halal edirəm və xahiş edirəm ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları və Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva bu işi öz nəzarətinə götürərək, bazar qiyməti 100 milyon olan bu əmlakı dövlətimizin ehtiyaclarına, Qarabağ savaşında şəhid olmuş namuslu kişilərin ailələrinə, sağlığını itirmiş qazilərimizə sərf etsinlər.

Bu 100 milyonluq əmlak Elşad Abdullayevin adına olduğu üçün qanunla müsadirə edilib, dövlətin vergi borcu ödənilməlidir. 

Çünki, əminəm ki, tezliklə bu tikili və onun ərazisi Elşad Abdullayevin erməni şərikləri tərəfindən onların adına keçiriləcəkdir. Azərbaycan bürokratik maşınının çox ləng işləməsi səbəbindən sözügedən 100 milyon vəsait öz sahibinə – Azərbaycana deyil, Ermənistan büdcəsinə qismət olacaqdır. Mən bunun əleyhinəyəm. Çünki, bu pullar ABU-nun tələbə qəbulundan yığılan pullardir. 5000 diplom almamış ailənin pullarıdır.

Bu işi Prezidentdən gizlədən, hələ bu gün də Elşad Abdullayevin maraqlarını güdən şəxslər bilsin ki, hər biri haqqında müfəssəl məlumat vardır.

Xahiş edirəm, bu əmlakın Azərbaycan insanının halalı olduğunu bilərək, bu vəsaiti Vətənimizə qaytarmağa kömək edəsiniz!

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841

Bizimlə əlaqə saxlayın