Saleh Məmmədovun “Popkorn Və Rəngli Şar” Biznesi - VİDEO

15, 05, 23
11:00

Saleh Məmmədovun “Popkorn Və Rəngli Şar” Biznesi - VİDEO


Azərbaycanda bir çox məmurlar var ki, “ölkəni talayırlar”. Təssüfflər olsun ki, ölkəni talayan məmurların əməllərindən sadə vətəndaşların ölkə başçısına edilən müraciətindən sonra xəbər tutulur, ölkə başıçısına, xalqa, xəyanət etmiş məmurlar həbs edilirlər, vəzifə səlahiyyətlərindən istifadə edərək topladıqları əmlakları isə müsadirə edilir. Amma bəziləri bu kimi hallardan dərs çıxarmırlar.

Onlardan bir də Azərbaycan Avtomobil yolları (AAY) sədri Saleh Məmmədovdur. Belə ki, paytaxtın mərkəzi Prospekti olan Neftçilər Prospekti ilə yerləşən Bülbül Prospekti, Nizami küçəsi (Tarqovy) və Azadlıq Prospekti kəsişməsində olan yeraltı keçidlərdə demək olar ki, “küçə ticarəti” ilə məşğul olanların əlindən hərəkət etmək olmur..

Keçiddə dövlətin vəsaiti hesabına insanların rahat hərəkəti üçün isə inşa edilmiş “ekskalatorlar” və “yeriyən döşəmələr” uzun müddətdir ki, fəaliyyət göstərmir.

Nədənsə keçid rəhbərliyi yuxarıda adını çəkdiyimiz yeraltı keçidləri sözün əsil mənasında “küçə ticarətçiləri” tərəfindən zəbt edilibməsinə səssiz qalır.

Amma küçə ticarəti ilə məşgul olan şəxslərə şərait yaradır!

Bizə verilən məlumatda keçid rəhbərliyinin öz vəzifəsini yerinə yetirnək əvəzinə küçə ticarəti ilə məşğul olan şəxslərə mühafizə xidməti göstərdiyi bildirilir.

Sadaladığımız Paytaxtın ən işlək küçə və prospektlərindən olan bu yerlər sanki 8-ci kilometir bazarını xatırladır. Keçid rəhbərliyi isə küçə ticarətinə mane olmaq əvəzinə özlərinə məxsus xidməti otaqda “popkorn” və digər “qumar aparatlarına” mühafizə xidməti verir. Belə ki, küçə ticarətində istifadə edilən avadanlıqlar gecə saatlarına keçid rəhbərliyinin xidməti otağına qoyulur və orada saxlanılır.

Bəlkə də bizim bu yazımızdan sonra özlərini xalqa yaxın göstərmək üçün deyəcəklər ki, vətəndaşların dolanışığı üçün xırda alverə “şərait” yaradılıbdı.

Amma elə deyil çünki əgər elə olsaydı yeraltı piyada keçidlərini cəmləyib bir nəfərə Elşən adlı şəxsə “şirinlik” qarşılığında verməzdilər.


AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841 

Bizimlə əlaqə saxlayın