Millət vəkili Vahid Əhmədov Vətən müharibəsi qazisinin toyunda iştirak edib - FOTOLAR

Cəmiyyət / Manşet
 13-05-2023, 09:00     738


Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələri və qazilərə göstərdiyi xüsusi diqqət və qayğısı ilə həyata keçirilən dövlət siyasətinə  uyğun olaraq, Millət vəkili Vahid Əhmədov tərəfindən şəhid ailələri və qazilərə xüsusi diqqət yetirilir, onların müraciətlərinə həssas və operativ yanaşılır. 

"Azərbaycan Reallığı" xəbər verir ki, ötən gün Vahid Əhmədov Vətən müharibəsi qazisinin toyunda iştirak edib, qazini toy günü münasibətilə təbrik edib, yeni ailə həyatı quran gənclərə xoşbəxtlik arzulayıb. Toy mərasimində qazinin döyüş yoldaşları, şəhid ailələrinin üzvləri, rayon ağsaqqalları və ziyalıları iştirak edib.




AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841