Bir sərnişinin daşınması 47 qəpiyə başa gəlir - Metropolitendən bahalaşmaya reaksiya

31, 07, 18
19:44

Bir sərnişinin daşınması 47 qəpiyə başa gəlir - Metropolitendən bahalaşmaya reaksiya


"Bakı Metropoliteni” QSC metroda sərnişindaşıma tarifinin dəyişdirilməsinə münasibət bildirib.
Mia.az-ın xəbərinə görə, "Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov açıqlaması zamanı bildirib ki, metroda bir sərnişinin daşınması 47 qəpiyə başa gəlir. Onun sözlərinə görə, Azərbaycanda mövcud olan tarif MDB ölkələrində ən aşağı tarifdir.

"Metroda gediş haqqı Belarusda 55 qəpik, Kiyevdə 47-50 qəpik təşkil edir. Rusiyada isə dəfələrlə bahadır. Hazırda da MDB məkanında ən ucuz qiymət Azərbaycandadır. Qiymət artımından sonra "Bakı Metropoliteni”nin qatar parkı yenilənəcək, yeni stansiyaların tikintisi işləri sürətləndiriləcək, bir sözlə xidmət keyfiyyətinin artırılması üçün bütün zəruri addımlar atılacaq”, - deyə qurum rəsmisi bildirib.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın