Bədxahlar, etdikləri yaramazlıqları islam pərdəsi altında həyata keçirirlər

19, 03, 23
13:00

Bədxahlar, etdikləri yaramazlıqları islam pərdəsi altında həyata keçirirlər


Azərbaycan-türk düşmənləri yenə də ortaya düşüb xaincəsinə at oynadırlar. Onların məqsədi bizi öz milli-mənəvi dəyərimizdən ayırmaqdır. Bəzi soydaşlarımız da, bilərəkdən, ya bilməyərəkdən düşmənlərimizə züy tututaraq düşmən dəyirmanına su tökməkdədirlər.        

Bədxahlar, etdikləri yaramazlıqları islam pərdəsi altında məharətlə həyata keçirməkdədirlər. Ancaq məsləhətdir ki, əbəs yerə özlərini yormasınlar. Ərəbçiliyin tüğyan etdiyi bir dövrdə qanlı xilafət belə edə bilmədiyini siz bacarmayacaqsınız.

Çünki novruz (ərgənəkon)bayramı bağrımızdan doğub və əsrlərlə yaşadmışıq. Hətta, bu bayram, dünyəviləşdiyinə görə təkcə biz yox, əksər xalqlar da öz bayramları kimi yüksək səviyyədə qeyd edirlər.

Ortaya düşən toy toğluları idia edirlər ki, yaz bayramı türklərə məxsus deyil, - farsların bayramıdır.Hətta islama da aidiyyəti yoxdur. İslama aidiyyəti olsaydı ərəblər də qeyd edərdi.

Elə buna görədə özünü əsil müsəlman hesab edən möminlər, novruz bayramından imtina etməyi israrla tələb edirlər. Əslində, bizi, öz dəyərimizdən ayırmaq istəyənlər bilməlidir ki, farslar hindistandan  bu günkü iran sayılan əraziyə köç edəndə  burda yaşayan türklər min illərdi yaz bayramını keçirirdilər.      

Təəssüflə qeyd etmək lazımdır ki, bəzi dar düşüncəli, dünyagörüşü kasad olan insanlar Türk mədəniyyəti deyəndə, ancaq Türkiyə mədəniyyətin nəzərdə tuturlar. Bu sayaq insanlara müraciət etməyə məcburam: - Cənablar, böyük bir aryalda yaşayan Azərbaycan-türklərinin  mədəniyyətini türkçülük saymırsınızmi?

Əslində, Azərbaycanlılara xas olan mədəniyyəti, inancı və bayramı türk dəyərı saymamaqla uduzan tərəf biz, qazanan tərəf isə özgələrin olur. Belə bir gedişatını mənası budur ki, dəyərlərimizi  avamcasına özgələrə hədiyə etmiş oluruq. Bu səbəbdəndir ki,  böyük bir mədəni irsimizə farslar və ermənilər sahib çıxmaq istəyirlər.    

Göründüyü kimi, dəyərlərimizə, özgələrinin sahib çıxmasında özümüzün müstəsna günahlarımız var. Çünki islamdan kənar olan mədəni və tarixi irslərimizdən naşıcasına qaçmaq istəmişik. Nəticə isə göz önündə...        

Tarixə bəllidir ki, quzey Azərbaycanda yaşayan türklər və başqa etnik qruplar, bir neçə əsir xiristyan dininə sitayiş ediblər.. Və həmin xalqlar Alban kilsələrini inşa edərək dini ritualları icra ediblər. Ancaq, Ərəb işğalından sonra, bu ərazilərdə demək olar ki, durum tamamilə dəyişib. İşğalçıların məcburən islamlaşdırma təzyiqləri nəticəsində kilsələr istifadəsiz qalıb.

XlX əsrin əvvələrində Azərbaycan Çar Rusiyası tərəfindən işğala məruz qaldı.İşğalçılar tərəfindən  ölkəmizə xeyli xirstiyanlığın Qriqanyaslıq təriqətinə mənsub olan hayları yerləşdirildi.Soydaşlarımızın faciəli günləri başladı. Boş qalan Alban kilsələri hayların sərancamına verildi.

Haylar da, müəyyən dəyişiklik edərək kilsələrimizə sahib çıxdılar.Bu azmış kimi, onlar rusların köməkliyilə, saxta tarix uyduraraq, bu torpaqlarda min illərlə yaşadıqlarını bəyan etdilər.        

Tariximizə və milli-mənəvi dəyərlərimizə sahib çıxaraq yaşatmalıyiq ki, özümüz olaq. Dünya çapında öz yerimizi bilək və özümüzəməxsusluğumuzu təsdiq edək.

Əks-təqdirdə əriyib yox ola bilərik. Tarixdə belə hallar az deyil. Anlamalıyıq ki, mədəniyyətimizə və tariximizə yad idealogiyalarıla baxacağıqsa, o qədər də özgələr dəylərimizə sahib çıxacaqlar. Düşmənlərimiz də  bizi, tarixi və dəyəri olmayan millət kimi dünyaya təqdim edəcəklər.

Düzgün Atalı 

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841 

Bizimlə əlaqə saxlayın