Prezidentə məktub: Övladım Zəhra Azərbaycanı Beynəlxalq aləmdə təmsil etmək ən böyük arzusudur

22, 02, 23
11:00

Prezidentə məktub: Övladım Zəhra Azərbaycanı Beynəlxalq aləmdə təmsil etmək ən böyük arzusudur


Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi gənclərimizi inithara sürükləyir! Tək yeniyetmə övladım Zəhra ilə kirayədə yaşayıram. Uzun illərdi dövlət işində çalışmışam. 2011-ci ildən onkoloji xəstəliyə tutularaq müxtəlif xəstəliklərdən əziyyət çəkirəm. II qrup əliləm və məşğulluqdan məni işlə təmin etmirlər.

10 ildir ünvanlı sosial yardım üçün ünvanladığım sənədlər bir bəhanə ilə imtina edildikcə mən də bu hallara qarşı bezirdim. Qızım Zəhranın müavinəti iki ildir dayandırılıb. Sağlamlıq İmnkanı Məhdud olan Zəhra Rəhimova Samir qızının sənədlərini Dövlət Tibbi Sosial Ekspertiza Agentliyi tərəfindən imtina edilərək, yenidən müalicə olunmasını bildirilib.

Dəfələrlə ölkə rəhbərinə və Aərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi müraciətim cavabsız qalaraq mənə və övladıma sosial qayğı göstərmədikləri səbəbindən Zəhra özünə intihar etmə yolunu seçərək, özündən çıxaraq, ümüdsüzliyə qapanarak məni qorxuya salıb. Hər an təsəlli verərək, sakitləşdirməyə çalışaraq 18 gündür yatmıram.

Maddi sıxıntılar səbəbindən Sizin “Media” vasitəsiylə cənab Prezident İlham Əliyevə və Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevə səslənirəm! Övladım Zəhranın xaricdə təhsil almaq, Azərbaycanı Beynəlxalq aləmdə təmsil etmək ən böyük arzusudur. Hazırda alman və ingilis dili üzrə kurslara gedir. Maddi sıxıntılar səbəbindən Sizlərə müraciət etmək məcburiyyətindəyəm. Düşdüyüm çıxılmaz vəziyyətdə sizə pənah gətirir, ümid edir və sığınıram.

Qeyd olunan kurslara getmək və tələb olunan sertifikatları əldə etmək üçün bizim ümumilikdə 3.000 (üç min) manat pula ihtiyacımız var. Ümid edir və inanıram ki, adları qeyd olunan qurumlar və Nüfuzli Şəxsiyyətlər bizim bu müraciətimizə biganə qalmayacak və tezliklə bizə maddi dəstək göstərəcəkdirlər.

Yuxarıda qeyd olunan halları nəzərə alaraq, mənim sağlamlıq imkanı məhdud övladlarımı nəzərə almaqla 3.000 manat maddi dəstəklə tməin olunmağımız barədə müvafiq tapşırıqlar verməyinizi artıq dərəcədə Sizdən xahiş edirəm. Son 1 ildə 2 dəfə müraciət olunsa da köməklik göstərilməsinə imtina olunmuşdur.

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 

Bizimlə əlaqə saxlayın