Kəlam Hüseyinov yazır: Din adı altında gizlənmiş fars milliyətçiliyi...

11, 02, 23
09:00

Kəlam Hüseyinov yazır: Din adı altında gizlənmiş fars milliyətçiliyi...


Azərbaycan-Tehran əlaqələrindəki faktiki gərginlik pik həddindədir. Hər keçən gün narazlığın artdığının şahidi oluruq. Qarşılıqlı ittihamlar davam edir. Ən əsasıda budur ki, Azərbaycan və Tehran  hazırkı duruma görə günahı qarşı tərəfdə axtarır. Ola bilsinki,  bu səbəbdən ikitərəfli münasibətlərdə mövcud ziddiyyətlər daha da artırır.

Beləki, Tehran Azərbaycan-İsrail əlaqələrindən narahatlığını bildirir. İran hökuməti düşünür ki, İsrail onun şimal sərhədlərində möhkəmlənərək fars molla rejiminin sonunu gətirəcək. Məlum olduğu kimi rəsmi Tehran "din pərdəsi" altında gizlənərək islam coğrafiyasında və ümumiyyətlə dünyada terroru, separatizmi və narkomaniyanı təbliğ edir və bu üç vasitədən məharətlə istifadə edir. Beynəlxalq aləmin mübarizə apardığı terror, separatizm və narkomaniya fars molla rejiminin yaşam mənbəyidir. Əslində bunun tarixi ənənəsi var.        

Fars ruhunda narkotika.

Fars inancında savaşdan əvvəl  narkotik maddələrin qəbulu məqbul hesab edilir. Tarixi fars zorastr təlimində bəhram tanrısının Haoma (hind dinində bu içkinin adı Saoma) adlanan bihuş edici içki içilməsi məlumdur. fars düşüncəsində Haoma içkisi insan ruhunu gücləndirərək ona cəsarət verir. Bəhramın farslara miras qoyduğu bu içki inək südü ilə narkotikanın qarşığından hazırlanır. Farslar islam dinini qəbul etsələrdə mənəvi dəyərlərini unutmamış və Haomaya olan inamlarını bu gündə saxlayırlar.     

Fars milli düşüncəsində terror. 

Həsən əs Sabbah və onun tərəfdarları ilk baxışdan islam dinini təbliğ etsələrdə əslində din pərdəsi altında onların riyakar məqsədləri var idi. Beləki, onlar bütün dini ayinlərini farsca aparır və əslində islam pərdəsi altında əski sasani fars dövlətni və ideologiyasını yenidən bərpa etməyə çalışırdılar. Alamut qalasını özünə mərkəz seçən fars həşişilər terror vasitəsi ilə özlərinə rəqib olan hər kəsi qətl edir və törətdikləri terroru  dini cəhətdən əsaslandırmağa çalışırdılar. Həşişilər arasında terrorçulara fədailər deyirdilər ki, bu şəxslərdə uyuşdurucunun təsiri aıtında Həsən əs Sabbah və ondan sonra olan həşişi başçılarının əmri ilə müxtəlif insanları öldürürdülər. Əski həşişi düşüncəsini islamlaşdırmış iran fars mollaları bu gündə həmin metodlardan istifadə edir. 

Fars fransız birliyi. 

1103 cü ildə Həsən əs Sabbah tərəfindən Nizari ismayıllı təşkilatının başına fars kökənli Əbu Tahir əs Sayiq gətirildi. 1109 - 1113 cü illərdə Mosul səlcuk atabəyi olan Mövlud İbn Altuntaş 1110 cu ildən etibarən bir zamanlar xaçlı franklar ( fransızlar ) tərəfindən işğal edilmiş əraziləri azad etmək üçün onlara qarşı yürüşlər təşkil etməyə başladı. Lakin Səlcuk Türk sərkərdəsini frank xaçlıları islam dini adı altında gizlənmiş Həsən əs Sabbahın əli ilə qətlə yetirdilər.   

Bu gün tarix təkrarlanır.  

Regionda ermənistan üzərindən fransız fars birliyinin şahidik. Beləki, İranın ermənistandakı səfiri Abbas Bədəxşan Zühuri fransız silahlı birləşmələrinin Ermənistan-Azərbaycan sərhədinə gəlməsini məqbul hesab edir. Həmçinin ölkəmizi açıq şəkildə təhdid edir. Tehran diplomatı məlum fikiri ilə təmsil etdiyi fars hökumətinin iç üzünü bir daha sübut etmiş oldu. 

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə WhatsApp (055) 8288841
 
 
 

Bizimlə əlaqə saxlayın