Zakir Fərəcovun qırılan qələmi və istintaq qorxusu

08, 02, 23
09:00

Zakir Fərəcovun qırılan qələmi və istintaq qorxusu


Bu il Azərbaycanda səs-küy doğuracaq kadr islahatlarının aparılacağı gözlənilir. Məlumata görə, 2023-cü ildə hazırda yüksək vəzifə tutan bəzi məmurların işdən azad olunması planlaşdırılır. Siyasi kluarlarda dolaşan müzakirələrdə deyilir ki, etimadı doğrultmayan və fəaliyyətində ciddi nöqsanlara yol verən məmurlar vəzifələri ilə vidalaşmalı olacaqlar.

Onların arasında icra başçılarının da yer alacağı bildirilir. Azərbaycanda icra başçılarının 70-80 faizi dəyişdirilməlidir. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, vətəndaşların narazı qaldığı məmurlardan biri Sumqayıtın icra başçısı Zakir Fərəcovdur. Çünki nə yeni iş yerləri açılıb, nə yeni iş imkanları yaradılıb. Nə gənclər, nə də ahıllar üçün şərait qurulub.

Sumqayıt Gəncədən sonra Azərbaycanın üçüncü böyük şəhəridir. Ancaq hər səhər Sumqayıtdan Bakıya, axşam da Bakıdan Sumqayta avtomobil axını olur. Bu o deməkdir ki, Sumqayıt sakinlərinin hamısı Bakıda işləyir. Sumqayıtlılar Bakıda işləyirsə, onda şəhərin icra başçısı nə işlə məşğuldur.

Niyə iş yerləri açıb, investisya cəlb edə bilmir? Niyə beynəlxalq maliyyə imkanlarını ora cəlb etmir? 

Təkcə Sumqayıtdan söhbət getmir. Bundan qabaq Naxçıvan üçün də deyilirdi ki, 400 min əhalidən cəmi 100 mini ərazidə qalıb, 300 min insan isə iş dalınca dünyanın digər ölkələrinə yönəlib. Sumqayıt sakinlərinin narazılıq etdiyi icra başçısı Zakir Fərəcovun Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovla əlaqəsi üzə çıxsa, bu heç kəsdə təəccüb yaratmaz.

Ölkə də Naxçıvanda və Sumqayıtda uzun müddət “Bravo” mağazalar şəbəkəsinin qurulmaması da müəyyən ehtimallar yaradır. Sumqatıtda böyük cinayətkar şəbəkə formalaşdıran, icra hakimiyyətini korrupsiya mənbəyinə çevirən, qanunsuz yollarla dövlətin milyonlarını mənimsəyən, özünü Ramiz Mehdiyevin dostu, Bəylər Əyyubovun qohumu kimi təqdim edən icra başçısına siyasi münasibətin daha bir göstəricisi Birinci Vitse Prezidentin bu şəhərdə hər hansı bir açılışda iştirak etməməsidir.

Məlumatlı şəxs bildirib ki, tezliklə vəzifəsi ilə vidalaşacaq talıbovçuların siyahısında ilk yerdə Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov gəlir. Həmişə Vasif Talıbovun adamı olmasıyla öyünən 69 yaşlı icra başçısının yanvar ayı ərzində yola salınacağı gözlənilir. Bu prosesdən Fərəcov özü də xəbərdardır.

Qocaman icra başçısı vəzifədən getdikdən sonra digərlər həmkarları kimi cinayət məsuliyyətinə cəlb olunmamağın yolların axtarır. Hazırda onun üçün ən ciddi problem məşhur Saray bələdiyyəsinin qətli və Sumqayıtın abadlaşmasında iştirak edən sahibkarlara olan borcdur. Bu səbəbdən Z.Fərəcov vəzifədən alınanadək hər iki problemin həllinə çalışır. Bütün hallarda Zakir Fərəcov və onun “maliyyə işlərini” aparan isə keçmiş “kamaz şoferi” şəhərin memarı  Adil Xudadatovun məsuliyyətdən yaxa qurtaracağı real görünmür.

Mövzunu davam etdirəcəyik.

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə WhatsApp (055) 8288841
 
 

Bizimlə əlaqə saxlayın