Düzgün Atalı yazır: İran tulaları özlərinə yer tapa bilmirdilər - SEYİDLƏR QURULTAYI

07, 02, 23
12:00

Düzgün Atalı yazır: İran tulaları özlərinə yer tapa bilmirdilər - SEYİDLƏR QURULTAYI


Əziz soydaşlarım, son vaxtlar baş verən hadisələrlə bağlı sizə bir sirr açmaq istəyirəm, ancaq öz aramızda qalsın, nə dil bilsin, nə dodaq, bu  sirri heç kimə deməyəsiniz. Ancaq öz aramızdır, yerin də qulağı var axı. Bir də o qədər mədəsini sirr qarışdırıb pozan insanlar var ki, belə “ağrı”ya dözə bilmirlər, yazdıqlarımı bir xeyirdə danışacaqlar, bir də şərdə. Eybi yox, danışsınlar, qoy hamı bilsin.

Həqiqətə zaval yoxdu. Nə olsun ki, işıqdan, həqiqətdən, haqq-ədalətdən qorxan mövhumat və xurafat aşiqləri həqiqəti deyənlərin üstünə quduz kaftar sürüsü kimi hücuma keçirlər. Unudurlar ki, sonda həqiqət zəfər çalır.      

Bildiyiniz kimi, uzun illərdi ki, İran çirkli maliyyəsi hesabına ölkəmizdə pozuculuq işi apararaq, kafirlərdən ibarət böyük bir agentura şəbəkəsi yaratmaqla məşğuldur. Bu şəbəkədə cürbəcür təbəqədən olan insanların təmsil olunduğu da hər kəsə  bəllidir. Cəmiyyətimiz qonşu ölkə tərəfindən yaradılan Hüseynçilər və Zeynəbçilər qrupunun əlindən zinhara gəlib, boğaza yığılıb. Hələ bu azmış kimi  molla rejimi sapı özümüzdən olan, manqurt xislətli xeyli xəyanətkarları öz ərazisində yemləyərək oradan ölkəmizə qarşı istifadə də edir.  

Məqsədləri isə  həmin yalaq tulalar vasitəsilə Azərbaycanı zəiflədib özlərinə tabe olacaq Kərimə dövləti yaratmaqdır. Bu səbəbdən də onlar əl tulaları vasitəsilə ölkəmizdə olan vətənpərvər insanlara, hətta ağır Seyidlərəmizə qarşı aramsız hücumlara keçir, onları ölümlə təhdid edirlər.

Nəhayət, bu şərəfsizlərin əlindən zara gələn cəmiyyətimizin hörmətli ziyalıları və içtimaiyyət adamları vəziyyətdən çıxmaq üçün nüfuzlu Seyidlərə müraciət etməli oldu.  Çünki artıq başqa yol qalmamışdı, bıçaq sümüyə dirənmişdi.      

Müraciəti qəbul edən ağır Seyidlər hərəkətə başlayıb, vaxtı itirmədən böyük bir Qurultay keçirməyi qərara aldılar. Bu dünyada ilk Seyidlər Qurultayı kimi tarixə yazılacaqdı. Bu təklifin lehinə Şura üzvləri bəh-bəhlə səs verdilər.  

Qurultayda  iştirak edən nüfuzlu ağır Seyidər - Murad Köhnəqala, Mirzə Sakit, Ayaz Arabaçı, Elli Atayurd, Eluca Atalı, Azər Həsrət, Səkinə Yusifova, İlqar Atabəyli, Arzu Göytürk, İlqar Türkoğlu, Nailə Səidə, Nazlı xanım, Elxan Nəbiyev,  Sara Xatun və başqaları  xüsusi  aktivliyi ilə seçilirdilər.      

Qurultayı giriş sözüylə açan Ayaz Arabaçı Seyidlər Şurasına başqan seçilmə təklifini irəli sürdü. Nümayəndələr yekdilliklə Mirzə Sakiti  Seyidlər Şurasına Sədr seçdi. Mirzə sədrliyi qəbul edərək, SP-nin (Səylər Partiyasının) başqanlığından istefa verdi.      

Şura üzvləri Qurultayı idarə etməyi Murad Köhnəqalaya həvalə etdi.      

Qurultay işə başladı, nə başladı, düz yeddi gün yeddi gecə davam etdi, lap nağıllardakı kimi. İran aftafalarının əlindən zara gələn Seyidlərin ağzından od tökülürdü. Bu səbəbdən də  çıxışların sayı, hesabı yox idi. Bəzən müzakirələr o qədər

Qızğın keçirdi ki, ağız deyəni qulaq eşitmirdi. Bu da təbii hal kimi qiymətləndirilirdi. Axı çox qlobal – qalım, ya ölüm məsələsi müzakirə obyektiydi.

Murad Köhnəqala sözü Mirzə Sakitə verdi. Şura Başqanı Seyidlər Qurultayını açıq elan edərək birbaşa mətləbə keçdi:

 - Əziz Seyidlər, ölkəmiz ağır bir durumdadır. Düşmənlərimiz din adı altında ölkəmizi kafirliyə sürükləyir, soydaşlarımızı adət- ənənələrimizdən ayrı salmaq üçün dürlü-dürlü yollar axtarışındadır. Millətimizi manqurtlaşdıraraq milli kökündən, mənsubiyyətindən ayırmaq, mütiliyə sürükləmək düşmənlərimizin əsas məqsədidir. Bizim yeganə yolumuz Asif Atanın dediyi kimi “İnsanlaşmaq və İnsanlaşdırmaq”dır. Əks təqdirdə düşmən öz  iyrənc əməlləri ilə istəklərini din pərdəsi altında bizlırə soxuşduracaq, ölkəmizin mənəvi dayaqlarını sıradan çıxaracaqlar.

Ağır Seyidlərdən biri, şair Ayaz Arabaçı aparıcının razılığı ilə müzakirələrə girişdi:

  - Çox hörmətli Seyidlər, biz  Ulu Babəkin torunları Bozqurdlar Diyarında çaqqalların ulaşmasına  imkan verməməliyik. Mollaların yalından doymayan acgöz  tulalırı ölkəmizdən iti qovan kimi qovmalıyıq. Həm də  Babəkə layiq olmağımızı əməlimizlə sübut etməliyik. Ərəbdən və farsdan gələn anti-insani dəyərlərdən qurtulmalıylq. 

Çıxış üçün söz cəmiyyətimizdə fəallığıyla seçilən, İran molla-kafir rejimi tərəfindən ölüm fətvası alan Asif Ata Evladı Eluca Atalıya verildi:

  - Bildiyiniz kimi İran molla rejimi  mənə “İran Hizbullah zindanında” kitabıma görə ölüm fətvası  verib. Mən ömrümün ən mənalı və anlaqlı hissəsini İran molla rejiminə qarşı amansız savaşa həsr etmişəm. Kitabımda Güneyli qardaşlarımızın molla rejimi tərəfindən necə aldandıqlarını, onlara verilən işgəncələri, qadınların başlarına açdıqları oyunları, doğma dilimizdə okulların olmasına belə imkan verilmədiyini, din pərdəsi altında insanların qətlə yetirildiyini, dar ağacından asıldığını, qanlarına qəltan edildiklərini yazmışam. Çıxışlarımda həmişə belə ağrılı məqamlara geniş yer ayırmışam. Bu insan qanına susayan  qeyri-insani rejimin ləğv olunub yerində Bütöv Azərbaycanın qurulmasını təbliğ etmişəm.

Ağır Seyidlərimizdən biri Azər Həsrət  söz alaraq tribunaya qalxdı:

  - Əziz Seyidlər, mən bir içtimai xadim, həm də İTV-nin Yayım Şurasının üzvü kimi televiziyalardan tələb edirəm ki, türkçülüklə bağlı verilişlərin sayını artırsınlar . Millətimiz öz tarixini daha dəqiq bilsin, mədəni irsimizdən bəhrələnsin ki, yad mədəniyyətlər bataqlığında itib-batmayaq, assimilyasiyaya məruz qalmayaq. Millət əldən gedir. Hakimiyyətə də deyiləsi sözüm var: - Mümkün qədər milli kadrların hökumət strukturlarında təmsil olunmasına şərait yaradılsın, yoxsa 5-ci kolon daha da aktivləşəcək, ölkəmiz ağır durumdan çıxa bilməyəcək.          

Aparıcı Asif Ata Evladı şair Elli Atayurdu mikrofona dəvət etdi:  

Ürəyinizdə Günəş olsun, əziz vətənpərvər Seyidlərimiz!  “İnsan dəyişməsə, dünya dəyişməyəcək” - deyirdi Asif Ata. Doğrudan da insanlarımızı yad və düşmən ünsürlərin, zərərli  ideologiyaların təsirindən qurtarmaq istəyiriksə, öz yolumuzun olması mütləqdir, əks-təqdirdə yağışdan çıxıb yağmura düşəcəyik. Ona görə də, biz milli-mənəvi dəyərlərimizdən süzülüb gələn bir konsepsiyaya - "Mütləqə İnam" dünyagörüşünə sahiblənməliyik, yoxsa bir millət kimi özümüzü təsdiq zirvəsinə yüksələ bilməyəcəyik. 

Çıxışında orjinallığıyla fərqlənən şair, publisist, siyasətçi İlqar Atabəyli  söz aldı:    

  - Əziz fikir sahibləri, ölkəmizdə İran agenturası at oynadır. İran maliyyəsi ilə yüz oyundan çıxıanlar, cidd-cəhdlə hicab davası aparır, bizim ana və bacılarımızı da hicaba bürüyüb qara qarğalara oxşatmaq istəyirlər. Məktəblərimiz bəzi müəllimlər İran molla rejiminin təbliğatını aparırlar. Mən bir ağır Seyid olaraq təklif edirəm ki, qadınlarını zorla hicaba bürüyən kişilər  cəzalandırılsın. Zorla başına keçirdikləri örtüyü qadınların başından açıb, həmİn kişilərin başına keçirib küçəyə buraxılsın.        

Sosial şəbəkə fəalı qadın Seydlərimizdən biri, Səkinə Yusifova qəzəbli halda tirubunaya çıxdı. O, ölkəmizdə hicab davası aparan qadınlara ultimatum göndərdi:

  - Ay bəzi hicablı bisavad, dünyagörüşü, öz mövqeyi olmayan, qapanıb həyata Fatimə, Xədicə, Zəhra gözü ilə baxan qadınlar! Oyanın, mövhumata bağlılıq insanı 1500 il geri atır. Güneyli qadınların mübarizəsi cəhalətdən qurtulmaq üçündür. Özünüzü kor-koranə mütiliyə, cəhalətə sürükləməyin. Bu din deyil. Əsl iyrənclikdir, murdarçılıqdır. İslam qanla gəlib, qanda da batır. 

Dünya Türklərinin Koordinasiya Mərkəzinin rəhbəri İlqar Türkoğlu söz alaraq kürsüyə çıxdı:    

  - Hörmətli Qurultay iştirakçıları, biz nə  vaxtacan öz tariximizdən, milli-mənəvi dəyərlərimizə uzaq düşəcəyik?  Nə üçün biz öz əlifbamız “Orxan-Yenisey”  abesinə yad gözlə baxacağıq?  Ta qədimdən inanc sistemi ilə zəngin olan, böyük bir Türk irqı, nə üçün ərəbin və batının əlində alət olmalıdır?  Biz özümüzə dönməliyik. Ulu Xaqanımız, Bilgə  Xaqanın dediyi - “Ey Türk!  Özünə qayıt, sən özünə qayıdanda böyük olursan!” – kəlamı bu gün də öz aktuallığını itirməyib.    

Sosial şəbəkədə arı yuvasına çöp uzatmaqda mahir olan Nazlı xanım pirlərə gedən avamlar haqqında danışdı, onların xeyli hissəsinin qadın olmağını bəyan etdi.

Elə bu zaman gözlənilməz hadisə baş verdi. Gözləri hədəqəsindən çıxmış bir neçə qaraguruhçu çadralı qadın hay-küylə içəri daxil olub, - “rədd olsun pantürklər, ölkəmiz müsəlman diyarıdır, biz imkan vermərik ki, sionistlər burda at oynatsınlar. İsrailə ölüm!” - şuarlarıyla Qurultayın axarını pozmaq istədilər. Ancaq Qurultayı idarə edən, qatmaqarışıqlığa öyrəncəli təcrübəli Murad Köhnəqala Seyidləri təmkini olmağa səslədi. Və qadın Seyidlərimiz bu təxribatın qarşısını alaraq, qara qarğaları bayıra çıxarmağa nail oldular.      

Bu hadisədən sonra söz Sara Xatuna verildi. O, əsəbi halda:  

 - Əziz Seyidlər görürsünüz də, İran ölkəmizdə bu manqurt “Zeynəbçi” qadınların əliylə hansı oyunlardan çıxır? Görün bu adamların beynini necə yeyiblər. Onlar doğrudan da elə hesab edirlər ki, türkçülər - turançılar İsrailin nökərləridir. Anlamırlar ki, onların özləri İran fars rejiminin alətinə çevrilib dövlətçiliyimizə zərbə vururlar.

Uzun müddət ölkədən kənarda yaşayan və bu yaxınlarda ölkəyə qayıdan Zaur Bayramlı söz istədi:

 - Əziz Seyidlər, bu İran dövləti din adı altında millətimizin başına açmadığı oyun qalmadı. Güneydə qırx milyonluq soydaşlarımız istismar ediilir. Milli çoxluq olmasına baxmayaraq, onlara öz dillərində oxumaq haqqı da verilmir. Bu şərəfsizlər hələ deyirlər ki, “sizin türklüyə aidiyyatınız yoxdur, farsdan dönməsiniz”. Biz farslara öz yerini göstərməliyik, türklüyümüzü onlara əməlimizlə sübut etməli və bütöv Azərbaycan dövlətini qurmalıyıq.      
Sosial şəbəkələrdə qadın Seyidlərin içərisində xüsusilə seçilən müəllim Nailə Səidə çıxışına daha obrazlı başladı:

  - Əzizlərim, dini-xurafat vasitəsiylə millətimizi cılızdaşdırırlar. İran fars rejimi nəyin bahasına olursa-olsun, ölkəmizi çökdürmək istəyir. Bu məqsədlə  erməni faşistlərindən də bizə qarşı istifadə edirlər. Və açıqca deyirlər ki, Ermənistanın təhlükəsizliyi bizim qırmızı xəttimizdir. Belə bir məqamda yeganə çıxış yolumuz türklüyümüzdən yapışaraq “Türk Birliyi”ni inkişaf etdirməliyik. Böyük balıqların kiçik balıqları udduğu bir zamanda möhtəşəm birliyimiz ən vacib məsələdir.      

Sosial şəbəkələrdə radikallığı ilə öndə olan Elxan Nəbiyev söz istədi: 

 - Əziz Seyidlər, burda iştirak edən ağır Seyidlərin əksəriyyəti atam yaşda olanlardır. Fb-də hövsələmi cilovlaya bilməyib radikal dindoşlara cavabımda layiq olduqları ifadələri işlətdiyim üçün üzrlü sayarsınız, - bəzən əsəblərimə sahib ola bilmirəm, onlara öz dillərində və tərzlərində cavab verməli oluram. Təklif edirəm ki, ərəblərlə bağlı olan bütün adətlərdən, xüsusilə də insanlığı alçaldan  çox arvadlılıqdan, qadına ikinci dərəcəli insan kimi münasibət göstərməkdən imtina etməliyik, dəfn mərasimlərini şəriət qaydaları ilə deyil, qədim Türklərə məxsus rituallarla keçirməliyik. 

Söz gözəl şairə, müəllim, şagirdlərinin sevimlisi Arzu Göytürkə verilir:

 - Hörmətli qardaşlar və bacılar, ölkə, İranın ideoloji basqısı altındadır. Molla təfəkkürlü iranbaşlılar məktəblərə də hücuma keçiblər, gül balalarımızın  təmiz beyinlərinə mövhumat və xurafat doldurmaqla məşğuldurlar. Ona görə də zəkaları ağ kağız olan balalarımıza uşaq  çağından milli-mənəvi dəyərlərimizi aşılamalıyıq.      

Arzu Göytürk çıxışını bu şeirlə bitirdi:                

Böyük Turan dövlətinə,                
Çoxsaylı Türk millətinə,                
Bozqurdun cəsarətinə                
Atatürkün salamı var!

Seyidlərin çıxışı  sanki mənə cəsarət verdi. Seyid olmasam da çıxış etmək qərarına gəldim. Qurultayı idarə edənlərin yadına nəhayət mən də düşdüm:  

Çox hörmətli Seyidlər, ölkəmizdə milli-mənəvi dəylərimiz əldən gedir, millətimiz özgə dəyərlər vasitəsilə məqsədli şəkildə kafirləşdirilir. Əvvəllər bu işi molalarla edirdilərsə, indiki durumda molalara inam qalmadığı üçün,  təəssüflər olsun ki, yal müqabilində “ziyalı”larımız vasitəsilə həyata keçirirlər. Bu səbəbdən də ölkə əhalisinin xeyli hissəsi  yolunu azıb. İnsanlar elmdən çox xurafata yön alıb.

Nəhayət  uzun çəkən Qurultay sona çatır. Seyidlər Şurası qərara alır:      

“Ayaz Arabaçı, Eluca Atalı, Murad Köhnəqala və İlqar Atabəyli İrana ezam olunsunlar. Məqsədimiz Seyidlərin qərarını İran yetkillərinə çatdırmaqdır. Qalan Seyidlərə isə tapşırılsın ki, ölkə daxilində olan irticaçı molla rejiminə xidmət edənlərlə söhbət etsinlər, onları yanlış yoldan çəkindirsinlər. İrana gedən nümayəndə heyətininin başçısı İlqar Atabəyli təyin edilsin”.

İrana yollanan nümayəndə heyəti ilk səfərlərini Güney Azərbaycandan başladı. Səfər çox uğurlu alındı. Sən demə, Güneylilər Seyidlərin keçirdikləri toplantıdan xəbərdarmışlar. Soydaşlarımızla çox maraqlı söhbətlər və müzakirələr oldu. Söhbət əsnasında Güneyli Seyidlər Mahmudəli Çöhrəqanlı, Abbas Lissani, Əjdər Tağızadənin maraqlı təklifləri oldu. Onlar nümayəndə heyətinin İran hökuməti  ilə görüşməsini məsləhət bilmədilər.

Abbas bəy İran hökuməti ilə görüşmə təklifinə etirazını Quzeyli qardaşlarına belə çatdırdı:

 - Baba, bu İran  hökuməti ki, var, onlar çox boynuyoğun hökumətdir. Onlar çətin ki, sizi anlayalar, ancaq özünüz bilən məsləhətdir... 

 Bir xeyli zamandan sonra nümayəndə heyəti səfərdən qayıdır. Hesabat üçün Seyidlər yenidən toplaşır. Toplantıda məyusluq hiss olunurdu. Hə baş verdiyi aydın deyildi. Ancaq Seyidlər Şurasının sədri Mirzə Sakit nə baş verdiyini çox yaxşı anlamışdı. Sədr bir xeyli fikrə getdi və qəfildən ayağa qalxıb sükutu pozdu. - Ya Cəddimiz, sən özün bizə kömək ol! - deyərək toplantını bağlı elan etdi…

Səhər açılanda aləm bir-birinə qarışmışdı, hamı İranın od tutub yanmağından, qadınların küçə və meydanlara çıxıb hicaba yox deməyindən danışırdı. Ölkəmizdə isə  DTX əməliyyatlar keçirirdi, İran tulaları özlərinə yer tapa bilmirdilər. Onlara verilən yalı, onlara yal verənləri unutmuşdular, canlarının hayındaydılar...

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə WhatsApp (055) 8288841 

Bizimlə əlaqə saxlayın