“TikTok”da müxtəlif hərəkətlər edirlər, sonra da dovşan kimi üzr istəməyə başlayırlar - Psixoloq

25, 01, 23
13:00

“TikTok”da müxtəlif hərəkətlər edirlər, sonra da dovşan kimi üzr istəməyə başlayırlar - Psixoloq


"Azərbaycan Reallığı" xəbər verir ki , Tanınmış psixoloq Aytən Ələkbərova Demokrat.az-a açıqlamasında “TikTok” sosial şəbəkəsində son günlər qonaq obyekti olan yeniyetmə və gənclərdən danışıb. Psixoloqun sözlərinə görə, bəzi insanlar şəxsiyyət pozuntusundan əziyyət çəkməkdədir: 

“TikTok” səhifələrində müxtəlif hərəkətlər edirlər, sonra da dovşan kimi əsməyə və üzr istəməyə başlayırlar. Onların stereotipləri öndədir. Həmin şəxslər şəxsiyyət pozuntusundan əziyyət çəkirlər. Normal halda bir insan bu hərəkəti edə bilməz.

Həmsöhbətimiz sosial şəbəkələrdə kommentlərdə bir-birinə söz atan, təhqir edən insanlardan da danışıb:

“Bu gün bizi kommentlərdə qınayan insanlar paronyal düşüncəyə sahib şəxslərdir. Hansı ki, soyuducunu alarkən müqaviləni imzalayıb, başa düşməyən insanlardır .

Ümumiyyətlə, hər bir insanın deməyə, gülməyə, oynamağa ixtiyarı var. İnsan duyğularına işgəncə verməməlidir. Amma onun yeri və məqamı olmalıdır. Yəni,  hər qışqıran insan qəhrəman deyil, hər sözünü deyən də ağıllı deyil”.

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841   

Bizimlə əlaqə saxlayın