Nəsimi rayon icra hakimiyyətinin əməkdaşı tikinti üçün vətəndaşdan rüşvət tələb edir - ŞOK SƏS YAZISI

14, 01, 23
14:00

Nəsimi rayon icra hakimiyyətinin əməkdaşı tikinti üçün vətəndaşdan rüşvət tələb edir - ŞOK SƏS YAZISI


Son günlər ölkədə vəzifəli şəxslərin yol verdikləri rüşvət və korrupsiya əməllərinə görə həbs olunmaları Nəsimi Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən əhəmiyyət verilmədiyinin şahidi oluruq. 

Onu da nəzərinizə çatdıraq ki, adı çəkilən qurumun əməkdaşları məsuliyyətlərini dərk etmək, yol verdikləri ciddi qanun pozuntularını aradan qaldırmaq əvəzinə rüşvət tələb etdikləri sahibkara hədə-qorxu gəlməkdən belə çəkinməyiblər. Hətta sahibkara mətbuata müraciət etdiyinə görə işlətdiyi kafenin bağlamasını da tələb ediblər.

Amma görünən odur ki, bu gün Azərbaycanda korrupsiyaya qarşı aparılan amansız mübarizəni görməmək üçün ya kar, yada ki, kor olmalısan. Belə bir vəziyyətdə Nəsimi rayon icra hakimiyyətinin səlahiyyət sahibləri öz çirkin əməllərini həyata keçirməkdə və külli miqdarda rüşvət tələb etməkdə davamlı olaraq hərəkət edirlər.

Əlavə olaraq, onu da qeyd edək ki, bu barədə geniş məlumat verilsə də rüşvətlə bağlı telefon danışığı ictimayətin diqqətinə çatdırılmamışdı. Açıq-aydın vətəndaşdan 20 000 (iyirmi min) manat rüşvət tələb edən Kamran adlı icra hakimiyyətinin əməkdaşı bir-başa korrupsiya halına yol verib. Bu günə qədər həbs edilən məmurlar məhz rüşvət tələb etdiklərinə görə dəmir barmaqlıqlar arasına yola salınıblar.

Hesab edirik ki, eyni cinayət tərkibi olan hadisəni Nəsimi RİH aparatında çalışan vəzifəli şəxslərin əhatəsində baş verir. Bunun da araşdırılması müvafiq qurumların üzərinə düşür. Redaksiyamıza məlumat verən vətəndaş bildirir ki, "İH-nin Təsərrüfat şöbəsinin əməkdaşı Bağırov Elvin Yaşar öğlu və Kamran adlı icra hakimiyyətinin əməkdaşı məlum səs yazısı ilə bağlı aidiyyatı qurumlara dəvət edilməli, baş vermiş olaylarla bağlı köklü araşdırma aparılmalıdır.

Bütün bunları nəzərə alaraq, səs yazılarını olduğu kimi ixtiyarınıza veririk". Maraqlı olan hal odur ki, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Əsgərov məsələyə hansı qaydada reaksiya verəcək və ya verəcəkmi?

Beləliklə, yuxarıda adıçəkilən məmurla vətəndaşın telefon danışığının birinci hissəsin təqdim edirik:


AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 

Bizimlə əlaqə saxlayın