ADAU-nun kafedra müdiri QANUNLARA QARŞI ÇIXIR..

12, 01, 23
13:00

ADAU-nun kafedra müdiri QANUNLARA QARŞI ÇIXIR..


Qeyd etdiyimiz kimi, Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinin kafedra müdiri Zakir Hüseyinov 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsinin sədri təyin olunandan bugünə kimi, adı çəkilən universitetdə "İnformasiya Texnologiyaları" kafedrasının müdiri vəzifəsində işləyir.

Artıq iki ildən çoxdur ki, kafedra müdiri Gəncə 38 saylı Nizami ikinci seçki dairəsinin sədridir. Həmçinin AQRAR universitetinin kafedra müdiri olmaqla, həmin kafedrada 0,5 ştat vahidi ilə dərs yükü götürərək, qanun pozuntusuna kobud yol vermişdir.

Nəzərinizə çatdıraq ki, bir şəxsin iki vəzifə tutması, tam ştat vahidilə eyni vaxtda iş saatlarında olması mümkün deyil, bu qanunun bilərəkdən pozulmasıdır.

Hətta maliyyə pozuntusu deməkdir, kafedra müdiri iki vəzifənin maaşını almaqla yanaşı, 0,5 ştat kafedra müdiri işlədiyi yerdə dərs saatı götürməsi kobud maliyyə pozuntusu, vəzifə səlahiyyətlərini aşmaq, vəzifə səlahiyyətlərindən sui-istifadə deməkdir.

Bir neçə dəfə bu mövzuya qaytsaqda təəssüf ki, qarşı tərəf mövqeyini bildirməkdən yayınmışdır.

Azər Allahverdiyev

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 

Bizimlə əlaqə saxlayın