Azərbaycanın uğurları üçün cəsarətlə çalışan insan

11, 01, 23
19:00

Azərbaycanın uğurları üçün cəsarətlə çalışan insan


Elə insanlar var ki, gözə girmədən öz xeyrxah əməllərilə haqq yolunda irəliləyirlər. Vətəni sevmək, onun ordusunun yolunda malına, canına, rahatlığına qıymaq, şəhid ailələrinin xətrini əziz tutmaq, qazilərin istəklərini canla, başla yerinə yetirmək elə haqq yolu ilə getmək deməkdir. Öz qazancı hesabına Məkkəni ziyarət etmək isə bu əməllərin başında duran əməldir.

Mən Məmmədov Rəşad Usub oğlunu bir sahibkar kimi çoxdan tanıyıram. Və fəxr edirəm ki, xalqını, vətənini, dövlətini sevən belə bir şəxsiyyətlə şəxsən tanışam. Tale elə gətiribdir ki, iki dəfə Məkkəni ziyarət etmək onun bəxtinə yazılıb. Və bu böyük insan hacı tituluna sahib olub. Bu adın məsuliyyətini hiss edib, Allahln buyurduğu  yolla Allahına doğru irəli addım atıb, ibadətinin kamalını kamilləşdirib. Həmçinin, ruhi halına uyğun olaraq gerçək həyatda da öz xeyrxah əməllərini davam etdirib.

Rəşad Məmmədov Gəncə şəhərindəki "Nur" marketinin rəhbəridir. Bu marketin başqa marketlərdən xeyli üstünlüyü var. Məşhur Gəncə səbəti bu marketin brendidir. Həmin səbətə daxil olan bütün kənd təsərüfatı məhsulları ( bal, qaymaq, pendir, süd, yumurta və.sair məhsullar) Rəşad Məmmədovun öz təsərrüfatının məhsuludur. Və bu məhsulların keyfiyyətinə söz ola bilməz. Bir çox səfirliklər bu səbətin müştərisidir.

Bütün bunlarla yanaşı Rəşad Məmmədovun daha bir üstün cəhətini vurğulamaq isyəyirəm ki, o, qazancının müəyyən hissəsini xeyirxah işlərə xərcyib və xərcləməkdə davam edir. 2- ci Qarabağ şavaşında bir ayağı cəbhə bölgəsində olub. Mütamadi olaraq Azərbaycan ordusunun əsgərlərinə yardım aparıb. Müharibədən sonra Gəncə şəhərində şəhid ailələrinə, qazilərə mütamadi olaraq maddi yardımlar göstərib. İndi də bu əməllərini davam etdirir. Həmçinin, özünün də, doğmalarından şəhid və qazi olanlar var.

Rəşad Məmmədov, həmçinin, dövlət və dövlətçiliyi, millət və millətçiliyi bilən, bu yolda vuruşan, çarpışan adamdır. Bu həm də gendən gələn bir məsələdir. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev 2017- ci ildə Gəncə bazarının açılışında olarkən onu qarşılayan adamların arasında Rəşadın qardaşı Rövşə Məmmədov da olub.İnandığım bir inac sistemim var. Mən inanıram ki, xeyirxah əməl sahiblərinin özü həmişə Allahın nəzarəti altında olur. Onun uğurları məhz bu nöqtədən qaynaqlanır. Tanıdığım Rəşad Məmmədov da Allahın nəzəri üstündə olan adamdır. Onun ürəyi Vətəni boydadır. İnanıram ki, biz hələ qarşıda onun çox xeyirxah əməllərinin, biznes uğurlarının şahidi olacağıq.

Məmmmədov Xəlil Əliqulu oğlu,

Beynəlxalq Avropa Sahibkarlar  İttifaqının üzvü, professor, Prezident təqaüdçüsü.


AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 

Bizimlə əlaqə saxlayın