Vasif Talıbovun qohumu polisdən qovuldu

03, 01, 23
10:00

Vasif Talıbovun qohumu polisdən qovuldu


Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun yeznəsinin qardaşı oğlu Fərid Novruzov DİN sıralarından uzaqlaşdırılıb. 

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə Ovqat.com-a Daxili İşlər Nazirliyindən bildirilib.

“Naxçıvanın daxili işlər orqanlarında artıq Fərid Novruzov adlı şəxs işləmir”, - məlumatda vurğulanıb.

Qeyd edək ki, Naxçıvandan aldığımız məlumata əsasən, Vasif Talıbovun yeznəsi 3 gün əvvəl Siyaqut kəndindəki özünəməxsus yanacaqdoldurma məntəqəsinin arxasında çayçı açıb və oranı idarə etməyi öz qardaşı oğlu Fərid Novruzova tapşırıb. Fərid Novruzov bu vaxta qədər həm də yol polisi işləyirmiş.

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 

Bizimlə əlaqə saxlayın