"DARVAZA" HOTEL etiraz edir - Deyilənlər hamsı şər-bohtandır!

30, 12, 22
09:00

"DARVAZA" HOTEL etiraz edir - Deyilənlər hamsı şər-bohtandır!


Ötən gün "Azərbaycan Reallığı" informasiya agentliyində "Bakıda qorxulu əxlaqsızlıq yuvası Buraya azyaşlı qızlarıda gətirirlər" - VİDEO başlıqlı yazı dərc olunub. Sözü gedən yazı qısa müddətdə demək olar ki, bir çox sosial şəbəkələrdə və xəbər səhifələrində yayılmışdır.

Saytımızda gedən bütün yazılarda qarşı tərəfə söz haqqı tanıdığımızı dəfələrlə bildirmişik. Sözügedən yazıda qarşı tərəf kimi sayılan Abşeron rayon ərazisində yerləşən "DARVAZA" hotelin sözcüsü saytımızla əlaqə saxlayaraq  bütün suallara aydınlıq gətirdi. 

"Bəhs olunan yazı tamamilə yanlışdır, şər-böhtandır.  Sözügedən 13 yaşlı xanımlar nə bura gəliblər nə də bizə müraciət ediblər. Gələn adamları obyektə buraxmamışıq. 

Dekabırın 28 də saat 12:00 radələrində obyektə yaxınlaşıb otaq istədilər, biz isə boş otaq olmadığını bildirib onlara çay və qidalanmaq üçün obyektdə yerləşən kafeni göstərdik. Bundan sonra onlar orda 2-3 saat oturub çay içib yemək yeyib getdilər. 

Xidmətçimiz də onları mütəmadi nəzarətdə saxlayıb, hər 10-15 dəqiqədən bir onlara nəzarət edib. 

Mən məsul şəxs olaraq bildirirəm ki, yazıda dərc olunan fikirlər tamamilə yanlışdır. Əgər kimsə öz qızını, övladını normal tərbiyə edə bilmirsə buna biz cavabdeh deyilik. 

Bizim obyektə şər-böhtan yağdırmaq və sosial şəbəkələrdə yalan məlumat verməkdənsə yaxşı olar ki, övladlarını düzgün tərbiyə etməklə məşğul olsunlar"

Adının açıqlamasını istəməyən şəxs bildirir ki, yazıda dərc olunan fikirlər tamami ilə yanlışdır." Hal-hazırda araşdırma gedir. Kimsə saxladığı qızı normal tərbiyyə verib saxlaya bilmirsə ona biz cavabdeh olmalıyıq?

Bizim obyektə şər atıb böhtan yazdırmaqdansa sosial şəbəkələrə media yalan məlumat verməkdənsə yaxşı olar bundan sonra övladlarının tərbiyyəsi ilə məşğul olsunlar."

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə WhatsApp (055) 8288841 

Bizimlə əlaqə saxlayın