Ziya Məmmədovun qardaşı villasında işlətdiyi fəhlənin PULUNU VERMİR

22, 12, 22
10:00

Ziya Məmmədovun qardaşı villasında işlətdiyi fəhlənin PULUNU VERMİR


Ucar rayonu Qarabörk kənd sakini Qasımov Elvin Kərim oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. "Azərbaycan Reallığı" xəbər verir ki, Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir.

"Milli Məclisin keçmiş deputatı Elton Məmmədov məni işlədib, aldadıb pulumu vermir. Zəhmət haqqımı gedib istəyəndə polis rəisinə zəng edib mənə deyir ki, səni həbs etdirəcəm.

Mən Ucar rayonunda yaşayıram tikinti ustasıyam sənətkaram. Keçmiş deputat Elton Məmmədov sürücüsü Sırac Quliyev vasitəsi ilə mənimlə danışdı ki, ona məxsus Ucarın Qazıqumlaq kəndində yerləşən villasının həyətində böyük bir avtomobil qarajı inşa edim.

Lahiyə-smeta hazırlandı və bu ilin sentyabr ayında tikintiya başlanıldı.7 x12 ölçüdə avtomobil qarajı 3 ay müddətində inşa edildi.Qarajda 10 nəfər usta işlədildi.Bahalı materiallardan incəliklərlə inşa edilən qaraj keçmiş deputat Elton Məmmədovun çox xoşuna gəlsədə pulumu kəsdi 3700 manatımı vermədi.Mən ona izah etdim ki, 3 ay ərzində hər gün taksi ilə Qazıqumlaq kəndinə gəlib-getməyə təkcə 1000 manat pul xərclənib.

Mən tikinti materialları satan maqazinlərə pul borclu qalmışam. Hansı ki, həmin tikinti materiallarını Elton Məmmədovun avtomobil qarajının inşası üçün maqazinlərdən nisiyə götürmüşəm.Tikinti işlərində mənə köməklik edən fəhlələrə pul borclu qalmışam.

Mənə olan 3700 manat pul borcunu almaq üçün 3 dəfə Elton Məmmədovun evinə getmişəm.Axırda mənə dedi ki, polis rəisnə deyib səni həbs etdirəcəm.

İndi çıxılmaz vəziyyətdə qalmışam, maqazinlərə və fəhlələrə pul borcumu verə bilmirəm.


Çox təəcüblü qalmışam ki, belə bir yalançı-kələkbaz adam uzun illər necə millət vəkili olub? Fəhlənin zəhmət haqqını kəsən çox imkanlı bir adamdan deputat olar?

Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən xahiş edirəm məni işlədib aldadıb pulumu vermək istəməyən Milli Məclisin keçmiş deputatı Elton Məmmədovun barəsində tədbir görəsiniz.Heç olmasa keçmiş nazir Ziya Məmmədov qardaşına desin ki, fəhlənin pulunu kəsmə halallıq al".

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq


AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 

Bizimlə əlaqə saxlayın