Günay Səlimzadənin yerinə o təyin olundu

20, 12, 22
20:00

Günay Səlimzadənin yerinə o təyin olundu


Baş Prokurorluğun Mətbuat xidmətinə yeni rəhbər təyin edilib. 

"Azərbaycan Reallığı" xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb. Əmrə əsasən, II dərəcəli hüquqşünas Saleh Hacıyev Mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən şəxs təyin olunub. O, buna qədər Baş prokurorun xüsusi məsələlər üzrə köməkçisi idi.

Qeyd edək ki, bir neçə gün öncə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə vəzifəsindən azad olunaraq Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində vəzifəyə təyin edilmişdi.

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 

Bizimlə əlaqə saxlayın