Məşhur bloqer ölü tapıldı

10, 12, 22
16:00

Məşhur bloqer ölü tapıldı


Gözəllik sahəsində fəaliyyət göstərən makedoniyalı məşhur bloqer Maya Yaneska Yohannesburqda öz evində ölü tapılıb.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə məlumatı “The New York Post” yayıb.

Hadisə yerinə gələn polis Maya Mia adı ilə tanınan bloqer və vizajisti yatağında başından güllə yarası almış halda aşkar edib. Silah bloqerin yanında yataqda olub. 

İnstaqram sosial şəbəkəsində 1,2 milyon izləyicisi olan bloqerin sevgilisi atəş səsi eşitdikdə hamam otağında olduğunu bildirib. 

İstintaq tədbirləri çərçivəsində silahın kimə məxsus olduğu açıqlanmayıb.






AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 

Bizimlə əlaqə saxlayın