Fəzail Ağamalının qızının bağçasında körpə nəzarətsiz qaldığına görə bədbəxt hadisə baş verdi - VİDEO

27, 11, 22
15:00

Fəzail Ağamalının qızının bağçasında körpə nəzarətsiz qaldığına görə bədbəxt hadisə baş verdi - VİDEO


"Azərbaycan Reallığı" xəbər verir ki, deputat Fəzail Ağamalının qızı Günay Ağamalına aid olan "Buta" baxçasında bədbəxt hadisə baş verib.

Nəzarətsiz qalan körpə 2 mərtəbəli yataqdan yıxılaraq ayağını sındırıb. Təqdim edəcəyimiz videodan da göründüyü kimi azyaşlı Firəngiz Fərruxlu yataqdan düşmək istəsə də yanında olan tərbiyəçi ona məhəl qoymayaraq işini davam edir, uşaq isə özü düşmək məcburiyyətində qalır. Anası Mehriban Fərruxlunun bildirdiyinə görə düşərkən yerə yıxılan Firəngiz hazırda xəstəxanada müalicə olunur. Deputatın qızı isə özünə aid olan baxçada baş verən hadisəni mediadan və uşağın anasından gizlətməyə çalışsa da buna nail olmayıb. 

Övladlarımızı baxçalara rahat yerləşdirmək üçün belə halların dövlət tərəfindən qarşısı sərt şəkildə alınmalı və baxça rəhbərliyi ilə birlikdə tərbiyəçi də cəzalandırılmalıdır.

Sözügedən video görüntünü təqdim edirik:


"Azərbaycan Reallığı" qarşı tərəfin mövqeyin tanıyır

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə saxlayın