Mənim Azadlığım mənim xalqımdan, dövlətimdən üstün deyil: Kiyevdə həbs olunan qazimiz - VİDEO

22, 10, 22
13:00

Mənim Azadlığım mənim xalqımdan, dövlətimdən üstün deyil: Kiyevdə həbs olunan qazimiz - VİDEO


Ötən gün Kiyev Apellyasiya Məhkəməsində Misir Qasımlı və Sübhan Quliyev barəsində həbs qətimkan tədbirinin uzadılması haqqında qərarlardan şikayətlərə baxılırdı. Bu haqda "Azərbaycan Reallığı"na sözü gedən şəxslərin hüquqlarını müdafiə edən tanınmış vəkil Aygül Rəfiyeva məkumat verib.

Aygül Rəfiyeva

Onun sözlərinə görə hər iki şikayəti fərqli hakim kollegiaları eyni vaxta, saat 11:00-a təyin etmişdilər. Buna baxmayaraq bir şikayət üzrə işə saat 12:00-da baxılmağa başlanıldı və hakimlər Misir Qasımlının çıxışını kəsərək iş üzrə fasilə elan edib işi saat 15:00-a təxirə saldılar. Saat 15:00-da iclas davam etdirildi, lakin hakimlər Misir Qasımlının rus dilində jurnalistlərin və konsulun qarşısında iş üzrə baş verən bütün qanun pozuntularını sadaladığını gördükdə yenidən onun sözünü kəsdilər və konvoylara Misiri zaldan çıxarmaq haqqında əmr verdilər. Halbuki, Misir məhkəmədə qaydalara riayət edirdi. 

Digər qərar üzrə şikayəti məhkəmə icraata götürüb baxışa təyin etsə də, yenidən bütün prosessual normaları pozub, icraata götürməkdən imtina edilməsi haqqında qərar qəbul etdi. Və bunu onunla əsaslandırdılar ki, birinci instansiya məhkəməsinin qərarından şikayət verilə bilməzdi, hakim səhv edərək qərardan şikayət edilməsinin mümkün olduğunu qərarda yazıb.

Bundan başqa, İstintaq Təcridxanası məktubla vəkilə müraciət edərək qeyd edib ki, təcridxanada  sığınacaq olmadığından hazırda orada saxlanılan şəxalərin həyat təhlükəsi var və daimi yaşayış yeri olan şəxslər orada saxlanıla bilməz - deyə sonda vəkillər kollegiyasının üzvü vəkil Aygül Rəfiyeva qeyd edib.

Daha ətraflı məhkəmədən video


AZƏRBAYCANREALLIĞI.COM 

Bizimlə əlaqə saxlayın