CƏSUR,İGİD HƏRBİÇİM

26, 09, 22
10:00

CƏSUR,İGİD HƏRBİÇİM


Sən ordumun ən öndə gedən qəhrəmanısan.
Sən bu xalqın,millətin şöhrətisən, şanısan.
Heç zaman sarsılmayan yenilməz aslanısan,
İrəli getmək olub, sənə ən yaxşı seçim,
Allah sənə yar olsun cəsur,igid hərbiçim!

Xüsusi təyinatlım,çətin yolları aşan,
Zirvələri fəth edib, dağdan-dağa dırmaşan.
Ana Vətən naminə,var gücüylə çarpışan,
Düşməni zəmi kimi kəsib doğrayın,biçin,
Allah sənə yar olsun cəsur,igid hərbiçim!

Hər çətinə,əzaba sinə gərən olmusan,
Bu Vətənə,torpağa könül verən olmusan.
Hünərinlə,əzminlə igid ərən olmusan,
Yeri gəlsə vətənçün belə canından keçin,
Allah sənə yar olsun cəsur,igid hərbiçim!

Sənsən Ana Vətənin iftixarı, qüruru,
Xalqımın göz bəbəyi,sönməz işığı, nuru.
Vətəndə Vətən kimi özünü yaxşı qoru,
Tükənməsin heç zaman canda taqətin, gücün,
Allah sənə yar olsun cəsur,igid hərbiçim!
 
Xəstəlikdən, mərəzdən uzaqda ol həmişə,
Xoş arzuyla, ümidlə yanaş  gördüyün işə.
Hazır ol, hər bir zaman-sən,düşmənlə döyüşə,
Düşməni edib talan, əzib tapdayıb keçin,
Allah sənə yar olsuncəsur,igid hərbiçim!

Sən yaxşıdan da yaxşı,ən əziz bir adamsan,
Hər kim unudulsa da, sən yaddaşda qalansan.
Sən bir tarix yazansan, sən əsil qəhrəmansan,
Sənsən zəfər soraqlı, xoş fərəhim, sevincim,
Allah sənə yar olsun cəsur,igid hərbiçim!

Sən bu gün bir Gizirsən, sabah bir General ol,
Sənindir bu qələbə, haqqa gedən doğru yol.
Yeni-yeni uğura imza atıb,çəkib qol,
Tarix qalsın bu imzan Vətən üçün, yurd üçün,
Allah sənə yar olsun cəsur,igid hərbiçim!

Müəllif: Yeganə Bağırova  

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə saxlayın