Tanınmış ictimai xadimlər şair Yafəs Türksəslə bağlı Prezidentə muraciət etdi - SİYAHI
"Azərbaycan Reallığı" xəbər verir ki, bu haqqda tənqidçi, ədəbiyyatşünas Əsəd Cahangir sosial şəbəkədə məlumat yayıb
Əziz dostlar! Xəstəliyi ilə bağlı Yafəs Türksəsin səsinə səs verək! Unutmayaq ki, heç kim heç nədən sığortalanmayıb! Ümid edirik ki, tanınmış şairin müalicəsinə dövlət yardımı üçün Prezidentə ünvanladığımız bu məktubla həmrəylik göstərəcək, qələm dostumuzun həyatını xilas etmək aksiyasından kənarda qalmayacaqsınız. Adınızın məktuba imza edənlər siyahısına düşməsi üçün şərh bölümündə qeyd edə bilərsiniz.
Azərbaycan Respublikasının Prezidenti: Cənab İlham Əliyevə
Surəti Azərbaycan Respublikasınn Birinci vitse-preziden
Mehriban xanım Əliyevaya
Surəti Azərbaycan Respublikasının Səhiyyə naziri
Teymur Musayevə
Möhtərəm cənab Prezident!
Tanınmış şair, məcburi köçkün, Yeni Azərbaycan Partiyası və Azərbaycan Yazçılar Birliyinin üzvü Yafəs Türksəs (Əliyev Yafiz Təhməz oğlu) 1954-cü ildə Cəbrayıl rayonunun Süleymanlı kəndində anadan olub. 1972-ci ildə Balyand kənd orta məktəbini bitirib. 1978-ci ildən hərbi xidmətini başa vuraraq, təsərrüfatın müxtəlif sahələrində çalışıb.
Yafəs Türksəs bədii yaradıcılığa orta məktb illərində şeirlə başlayıb. Şeirləri 1985-ci ildən dövrü mətbuatda dərc olunur. İlk şeir kitabı Rəsul Rza Fondu tərəfindən çap olunub. Hazırda 6 şeir, 6 publisistik kitabın müəllifidir. Uzun illərdir ki, mərkəzi çoxtirajlı qəzetlərdə sosial-siyasi məsələlərə həsr olunmuş çoxsaylı yazılarla çıxış edir. “Yazar” ədəbi-bədii qəzeti və eyniadlı jurnalın təsisçisi və baş redakatoru olan Yafəs Türksəs hazırda Azərbaycan şeirinin tanınan imzalarıdnan biri sayılır. Təqaüdçüdür. Ailəlidir. Dörd övladı var.
Bakı Beynəlxlaq Tibb Mərkəzində (Bakı Medical Plaza) avqust ayının 18 və 23-də keçirilən müayinələr nəticəsində Yafəs Türksəsin ağ çiyərində bədxassəli şiş aşkarlanıb. Getdikcə inkişaf edən xəstəliyin in müalicəsi üçün tələb olunan dərmanları almaq bir şairin, məcburi köçkünün, təqaüdçünün maddi imkanları xaricindədir.
Cənab Prezident!
Biz - aşağıda imza edənlər bu məktubu yazarkən, Sizin “Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” sözlərinizə güvənir, tanınmış şairin səhhətində yaranan problemin aradan qaldırılması üçün ona dövlət dəstəyi göstərilməsini xahiş edirik. Ümid edirik ki, Yafəs Türksəsin ədəbiyyatımız və millətimiz yolunda çoxillik, səmərəli fəaliyyəti və məcburi köçkün kimi maddi imkansızlığını nəzərə alıb, köməyinizi ondan əsirgəməyəcəksiniz. Göstərəcəyiniz diqqətə görə bizimlə həmrəy olan bütün ziyalılar adından Sizə ürəkdən gələn səmimi minnətdarlığımızı bildiririk!
İmza edənlər:
Sabir Rüstəmxanlı – Xalq şairi, millət vəkili
AZƏRBAYCANREALLIĞI.COM