"Nərimanov Rayonu İcra Hakimiyyətinin başçısının müavini Şahmar İbadov 10 milyonluq villalarda yaşayır" - əlil anasından sensasion ittihamlar -- FOTOLAR

10, 06, 18
15:44

"Nərimanov Rayonu İcra Hakimiyyətinin başçısının müavini Şahmar İbadov 10 milyonluq villalarda yaşayır" - əlil anasından sensasion ittihamlar -- FOTOLAR

Azerbaycanrealligi.com xəbər verir ki, vətəndaş Yeganə Səlimovanın Kanal1.tv-yə verdiyi açıqlamasında Nərimanov Rayon İcra başçısının müavini Şahmar İbadovun və digər məmurların ünvanına sərt ittihamlar səsləndirilib. Şahmar İbadovun ünvanına səsləndirilən sözlər xususi kəskinliyi ilə seçilərək diqqəti özünə cəlb edib. Yeganə xanım deyib ki, iki övladı birinci qrup əlildir, ona ayırılan ev Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və onun müavini Şahmar İbadov tərəfindən mənimsənilib. O, Nərimanov Rayon Əlillər Cəmiyyətinin sədri Səmər Abdullayevin barəsində dələduzluqla cinayət işi başlatdiğını, hətta polisə təhvilvermə həbs qəti imkan tədbiri seçildiyini də bildirib. Amma buna baxmayaraq, Şahmar İbadovla birləşərək dövlət tərəfindən əllilərə verilən evlərin əlil olmayan şəxslərə qanunsuz yolla satıldığını bildirib. Şahmat İbadov tərəfindən Nərimanov rayonunda əlillər üçün yeni tikilən binanın üstünə xüsüsi lövhə vurularaq satıldığını iddia edən şikayətçi Yeganə Səlimova: "Mənim iki əlil uşağıma evi vermir, amma Şahmar İbadov özü 10 milyonluq villalarda yaşayır,  çağırıb soruşan da yoxdur ki, o villalari nə ilə almısan, hansı pulla almısan, bəs mən - tək qadın əlimdə iki əlil uşaqla hara getməliyəm? Şahmarın qanunsuz əməllərinə rayonun polis rəisi göz yumur, prokuror göz yumur, gedirəm dərdimi deyim, şikayət edim, hamısı üzümə baxir, bir söz demirlər. Bir rayonda ki prakurorun, polis rəisinin sözü eşdilmirsə, bu nə rayondur, bu nə özbaşnalıqdır? Dərdimizi kimə deyək bəs? Bir deyən yoxdur ki, Yeganə, sənin cibində 40 qəpik pulun varmı iki əlil uşağına çörək almağa? Nərimanov rayonundan seçilmiş millət vəkili Adil Əliyevə dəfələrlə müraciət etmişik. Sosial şəbəkədə belə yazmışıq. O isə bizə "Allah köməyiniz olsun"dan başqa bir söz demir. Adama deyərlər, ay bala, sən bu rayondan deputat seçilmisən, iki uşaq anası burada sənə yalvarır, səni niyə maraqlandırmır? Çünki onun marağı ancaq siyasi fəalları döydürtməkdir, əlacları olsa, məni də döyərlər," - deyə, o, Adil Əliyevin də ünvanına ittihamlar səsləndirib.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın