Kəmaləddin Heydərovun kadrı "Broker" Əbülfəz Məlikov gömrük şefi olmaq arzusuna düşüb

Cəmiyyət / Manşet
 3-08-2022, 21:00     1 084


Məhşur gömrük monopolisti Əbülfəz Məlikov Dövlət Gömrük Komitəsinin sədri olmaq istəyir.

"Azərbaycan Reallığı" 
xəbər verir ki , Əbülfəz Məlikov Gömrük Komitəsinin sədri olmaq istəyini gizlətməyib və danışıqlar apardığını deyib. Mənbə bildirir ki, sabiq sədr Səfər Mehdiyevlə olmazın cinayətlərinə imza atan Əbülfəz Məlikov sədr olmaqla özünü və Mehdiyevi həbsdən qorumağa çalışır.

Qeyd edək ki, Əbülfəz Məlikov FHN şefi Kəmaləddin Heydərovun kadrı kimi tanınıb. Heydərovun DGK sədri olduğu dönəmlərdə "штучну" siqaret satışını həyata keçirib və Heydərovun dəstəyi ilə "Trans Broker" MMC-ni yaradıb və bununla da gömrüyün belini qırıb.

Səfər Mehdiyevin vəzifəyə təyinatından sonra şişmiş "Broker MMC"-nin fəaliyyət dayandırılıb, Abşeron Logistika Mərkəzi yaradılaraq Məlikovun nəzarətinə verilib.

Qurumun tərkibində "Milli Broker" MMC yaradılıb və talançılıq davam etdirilib.

Hazırda "Milli Broker" MMC və Abşeron Logistika Mərkəzi, Bakı, Sumqayıt Baş Gömrük İdarələri, qanunsuz fəaliyyət göstərən şirkətlər Əbülfəz Məlikovun nəzarətində fəaliyyət göstərir. Bir sözlə, Məlikov gömrüyü əldən vermək istəmir. (Bizimxeber.az)

AZƏRBAYCANREALLIĞI.COM