Taleh Xasməmmədov Göyçaydakı məmur özbaşınalığından yazdi: Xəyanətkar məmurlar yuvası!?

10, 06, 18
12:44

Taleh Xasməmmədov Göyçaydakı məmur özbaşınalığından yazdi: Xəyanətkar məmurlar yuvası!?

Xəyanətkar məmurlar yuvası!?
Azerbaycanrealligi.com xəbər verir ki, huquq müdafiəçisi və keçmiş vicdan məhbusu Taleh Xasməmmədov Göyçayda baş verən məmur özbaşınalığı haqda öz facebook hesabında bunları yazib. Göyçayın reallığını Göyçaylılardan və ya doğru düzgün insanlardan soruşmaq lazımdır. Milli məclisin deputatı, əslən Göyçaylı olan Elxan Süleymanov Prezident Adminisrtrasiyasına yarı düz, yarı səhv məlumatlar ötürür. Bununla o öz biznesini qoriumaq, icra başçısını isə gözdən salmaq məqsədi güdür. Göyçay rayonun 2 seçki Dairəsi üzrə seçilmiş millət vəkilləri Elman Nəsirov və Sabir Hacıyevin isə ümumiyyətlə Göyçay rayonundan xəbəri yoxdur. Göyçay rayon icra başçısı Mehdi Səlimzadənin, 1-ci müavin İkram Vəliyevlə isə fikirləri heç üst-üstə düşmür. Hərəsi özünə sərf edən məlumatı yuxarılara ötürməklə fikir formalaşdırırlar. Şəhər üzrə icra nümayəndəsi Rəşad Şükürov isə başına bir qrup yerli məmur toplayaraq mediada rayon haqqında mənfi fikir formalaşdırmağa çalışır. Sanitar Təmizlik İdarəsinin rəisi Loğman Əliyev isə icra başçısını şantaj edərək dövranını sürür. Rayon büdcəsi talanıb, 4 il ərzində yalnız rayonda "pul savaşı" gedir. Prezidentin məşgulluğun təmini məqsədi ilə ayırdığı milyonlarla manat vəsait "Qadir 2012" MMC, "Şıxlı" MMC və "Famil A" MMC tərəfindən mənimsənilib. Həmin cəmiyyətlərə nəzarəti baş arxitektor İntiqam Süleymanov, MİS-rəisi Ayaz Səfəralıyev və sonuncu cəmiyyətə isə icra baççısı Mehdi Səlimzadə nəzarət edir. Göründüyü kimi, "dava yorğan davasıdır". Nə ölkə başçısını saya salan var, nə də ki, 118 min əhalisi olan Göyçay sakinlərini...
Rayonda 3 milyon dəyərində su boruları sökülüb satılıb, 100-lərlə ağaclar kəsilib, parklar iaşə obyektləri üçün qurban gedib, magistral yol üstündəki körpü uçub, qaz, su, asfalt, ticarət imkanlarından yaranan problemlər pik həddə çatıb. Sahibkarlar "Qanun"adı altında sifarişlə həbs olunub. Amma məmurlar isə cəzasız qalıb. Onlar hansısa ciddi iş görmək əvəzinə bir-birlərinə qarşı qarşılıqlı ittihamlarla hücumlar təşkil edirlər.
Onlara bir hüquq müdafiəçisi kimi sualım var: Hansınız əməlində düzsünüz? Əgər aranızda özünün düzlüyünə güvənən bori varsa çıxsın qarşıma deyim ki, nə qədər oğurlayıb, nə qədər talayıb və yalanları nə... Xəyanətlərinizi isə görməmək ağalarınız üçün korluqdan başqa bir şey deyil. Sanki yerli məmurlar öz dua-caduları ilə hamını ovsunlayıblar, bu qədər bəxtmi olar...?
Doğma Göyçayıma və göyçaylılarıma tez bir zamanda yaranmış problemlərdən və məmur bəlalarından qurtulmaq diləyirəm!
Hörmətlə Sizin Taleh Xasməmmədov!

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın