Taleh Bağırzadə və ona züy tutan tərəfdarları dövlət quruluşunu devrib yerində iraniski dövlət qurmaq istəyirlər

29, 06, 22
13:00

Taleh Bağırzadə və ona züy tutan tərəfdarları dövlət quruluşunu devrib yerində iraniski dövlət qurmaq istəyirlər


Arqumentə bir baxın: "Millət pis gündədir, acından ölür, ölkədə demokratiya pozulur, siz də pantürklərə qoşulub Turan təbliğatı aparırsınız. Güya biz bu təbliğatı aparmasaq, millət toxundan öləcəkdır, demokratya da fantan edəcəkdir,- beləsinə nə deyəsən?  

Bizi pantürçülkiükdə ittiham edənlər, əslində irana, ərəbə, rusa və demokratiya adı altında avropaya xidmət edən sapı özümüzdən olan baltalardır.

Hələ pusquda duran, bütün düşmən daşlarının altından çıxan şərəfsiz separatçıları demirəm.

Paradoksa bir baxın, "ölkədə demokratiya pozulur"deyən qüvvələrin önündə görün kim gedir?

Ölkəni orta əsir fiedal dövrünə aparan, Azərbaycanda sekulyar-dünyavi dövlət quruluşunu devrib yerində iraniski teokratik, yəni dini dövlət qurmaq istəyən Hacı Taleh Bağırzadə və ona züy tutan tərəfdarlar.

Dövlətlər, millətlər öz mövcudluğunu qorumaq üçün, mümkün olan variantlardan istifadə edərək, özlərinə yaxın bildikləri ölkələrlə konfederasiyalar, ittifaqlar, birliklər yaradırlar ki, özlərini qoruya bilsinlər.

Dünyada, öz yerimizə sahib çıxmaq və özümüzü qorumaq üçün, biz türklərə də tarixdən nəticə çıxarıb, Türk Dövlətləri Birliyini mütləq qurmalıyıq.

Bunun üçün də əlverişli tarixi şərait yaranıb. Bu şəraitdən istifadə etməsək tarix bizdən daha qəddarcasına qisas alacaq və bir daha özümüzə gələ bilməyəcəyik. Çünki dünya türkün kim olduğunu özümüzdən də yaxşı anlayır.

Birliyimizin olmamasına görə tarix bizi amansızlıqla cəzalandırıb. Türk elləri pərən-pərən olub, din adı altında ərəblərin, şiəlik adılə farsların, müasirlik adilə rusların alətinə çevrilib,- biz bu dairədən qurtulmasaq məhvə məhkumuq.

Düzgün Atalı

AZƏRBAYCANREALLIĞI.COM 

Bizimlə əlaqə saxlayın