Bu dələduzluğa artıq hüquq-mühafizə orqanları müdaxilə etməlidir - Camaatı RƏSMƏN SOYURLAR

22, 06, 22
15:00

Bu dələduzluğa artıq hüquq-mühafizə orqanları müdaxilə etməlidir - Camaatı RƏSMƏN SOYURLAR


Bütün ölkə boyu küçələrdə, meydanlarda ani lotoreyalar satılır. “Poz qazan” ani lotoreyalarının satışına, əldə edilən gəlirlərə dair ictimayyətə açıq və şəffaf formada heç bir məlumat verilmir. Bu lotoreyaların satış hüququ qazanmış bir neçə inhisarçı şırkətin əsas nizamnamə üzrə hesablarının yerləşdikləri ünvanlar da müəmmalıdır.

Bir müddət əvvəl yerli medaiada yayılan informasiyalarda qeyd edilirdi ki, lotoreyaların satışını və istehsalını həyata keçirən şirkətlərin hesabları ofşor ünvanlardadır. Bu isə o deməkdir ki, Azərbaycan xalqının ümidlərini oğrulayaraq milyonlar qazanan bir qrup şəxs bu vəsaitləri xarici ölkələrə daşıyır.

Ölkə daxilində isə nə xalqa, nə də hökumətə hər hansı bir hesabat verilmir.

"Azərbaycan Reallığı" xəbər verir ki, “Hürriyyət”-ə daxil olan informasiyaya əsasən, hesabatlılığın olmaması səbəbindən “Azərlotoreya”da bir neçə inhisarçı şirkət istədiyini edir. Hətta öz işçilərini də aldadır.

Maraqlıdır ki, bu dəfə məhz pərakəndə bilet satışları həyata keçirən şəxslər “qurban seçiliblər”. Daxil olan informasiyaya əsasən, lotoreya saatışlarında əsas inhisarçı olan iki şirkət – “Smart Tiket” və “İnteqral” şirkətləri arasında gedən maliyyə savaşından məhz bu günlərdə satıcılar öz “xeyirlərini” götürüblər.

Belə ki, daxil olan informasiyaya əsasən, Gəncəbasar bölgəsində bilet satışı ilə məşğul olanlara qarşı oyun qurulub. Bir müddət əvvəl uduşlu biletlər satıcılar tərəfindən alınıb. Əvəzi övənilməklə yüzlərlə müxtəlif uduşlu biletlər satışdan çıxarılmış hesab edilərək, pərakəndə satış bazasına geri təhvil verilib.

Lakin az müddət sonra həmin biletlər yenidən müştərilərdə peyda olub. Və pərakəndə satış nöqtəsinə yaxınlaşaraq biletlərin haqqı alınıb. Bundan xəbərsiz olan pərakəndə satış məntəqələrində işləyənlər biletləri geri təhvil verəndə məlum olub ki, bu biletlər dövriyyədən çıxarılıbmış. Yəni bir dəfə dəyəri ödənilib və əsas anbara geri təhvil verilib.

İndi həmin biletlərin hansı formada təkrar vətəndaşların əlinə keçməsi maraq yaradıb. Eyni zamanda ikiqat ziyana düşən pərakəndə satış məntəqələrində işləyənlər ağır duruma düşüblər.

Daxil olan informasiyaya əsasən, uduşlu biletlərin haqqı ödənildikdən sonra təkrar vətəndaşlara verilməsinin əsas səbəbi “İnteqral” və “Smart Tiket” şirkətlərinin arasında gedən daxili savaşdır. Məhz bu savaşın sonucu olaraq da biletlərin təkrar bazara çıxması güman edilir.

AZƏRBAYCANREALLIĞI.COM 

Bizimlə əlaqə saxlayın