Murad Adıgözəlzadənin yaradıcılıqdan yaramazlığa gedən yolu...

05, 06, 22
09:00

Murad Adıgözəlzadənin yaradıcılıqdan yaramazlığa gedən yolu...


Sabir necə deyirdi: “Bu çərxi-fələk tərsinə dövran edir indi”. İndi şairin daş heykəlinin qulaqları eşitsəydi yenə də həmin misraları bizə hayqıracaqdı. Ancaq biz eşitməyəcəkdik. Çünki filarmoniyanın həyətindki “Uffo” restoranından gələn bayağı musiqi imkan verməyəcəkdi. Ona görə də qoca Sabir heç yerindən durmasa da  çarxı fələyin indi də tərsinə dövran etdiyini bilir.

Başlayaq elə filarmoniya sözündən. Nədir, filarmoniya? Musiqi sevgisi... Bir mənası da var, musiqi dinlənilən yer deməkdir. Filarmoniya orkestri ilə simfonik orkestr arasında bir fərq də var, onu sonra deyəcəm. Amma filarmoniyanın direktoru Murad Adıgözəlzadənin musiqi sevgisi çoxdan pul hərisliyinə çevrilibdir. Pul hərisliyi də musiqi dinlənilən yeri striptiz bara çeviribdir. 

İndi özünü elitadan sayanlar xalqın qulaq asdığı Üzeyirə lağ edir. Ancaq əlinə imkan düşən kimi filarmoniyanın çevirir ərəb turistlərinin eyş-işrət yerinə... Bilmirəm, sizin yolunuz axşam tərəfləri ordan keçibmi? Görün o “Qubernator” parkının ən uzaq guşəsində belə sakit bir yer tapa bilərsinizmi? Musiqi qulağınızı deşir. Murad Adıgözəlzadənin babası İmran Qasımov “Uzaq sahillərdə”ni yazmaqla bizə nəvəsinin əlindən uzağa qaçmağı məsləhət görürdü? İndi Mixaylo olub partizanlıq edək? 

Bütün bu vandalizm Prezident Adminstrasiyasının yüz metrliyində baş verir. Bu tərəfi də Qərb universitetidir. Qərb universiteti ilə üzbəüz Şərq hərəmxanası. Dəhşətli mənzərə deyilmi? Murad Adıgözəlzadə üçün deyil. Bəs onun sürdüyü Bentley, BMW, Lexus-ların pulu hardan gəlir? Maaşı 1500 manat olan məmurda bu qədər pul hardandır? 

Bu yaxınlarda görkəmli türk pianoçusu Fazil Say Bakıda konsert verdi. O təkcə görkəmli pianoçu və bəstəkar deyil. Eyni zamanda ictimai fikir lideridir. Tez-tez bayağı musiqilər haqqında danışır, xalqının musiqi zövqünü qoruyur. Bizim manıs isə dövlətin filarmoniyasını alverə çeviribdir. Sabah qoluna qandal vurulanda Avropada deyəcəklər ki, bəs pianoçunu qandalladılar. Day onlara başa salan olmayaca ki, bu virtuoz yox odiozdur, ərəbcə desək yaradıcı şəxs deyil, yaramaz şəxsdir. 
Fazıl Say Kimdir? Piyano Üstadı Fazıl Say Nereli, Kaç Yaşında? Kimle Evli?

O təkcə odioz deyil, həm də Salyeri xislətli odiozdur. Parlaq istedada malik  Murad Hüseynovun qarşısını hər vəchlə almasını başqa necə adlandırmaq olar?

Qandal demişkən, Sabir çoxdan heykəl olsa da mədəniyyət nazirimizin qulaqları var. Özüm televizorda görmüşəm. Ancaq o qulaq deyəsən Mədəniyyət nazirliyində vurulan qandalın səsini unudub. Murad Adıgözəlzadənin sevimli müğənnisi Seda Sayanın bir mahnısında dediyi kimi: “Benim sana olan bu aşkımı; Sağır sultan duydu, sen duymadın mı?!” Yəni, bütün ölkə o qulaqbatıran musiqiyə dözməyə məcbur qalır. Ancaq nazir ancaq mətbuat yazandan sonra tabeliyindəki qurumun belə hoqqa çıxartdığını eşidir. Sonra da restorana deyir ki, işində ol. O  boyda guppagupdan sonra restoran yenidən açılır. 
Seda Sayan kimdir, kaç yaşında? Seda Sayan kaç kez evlendi? - Magazin  haberleri – Sözcü
Bayaq dedim ki, filarmoniya orkestri ilə simfonik orkestrin fərqini deyəcəm. İndi deyirəm. Fərqi budur ki, simfonik orkestrləri dövlətlər, qurumlar maliyyələşdirir. Filarmoniya orkestrini isə ayrı-ayrı adamlar. Ancaq görünür Murad müəllim bu söhbəti belə başa düşüb ki, filarmoniya onu maliyyələşdirməlidir. Nazirin də eyni mühakimə yürütdüyü məlumdur.
Murad Adıgözəlzadə — Vikipediya
Orkestr demişkən, Filarmoniyanın simfonik orkestrini Üzeyir bəy yaradıb və indi orkestr Üzeyir bəyin adını daşıyır. Yolun o tərəfində də dünənə qədər Üzeyir bəyin güllələnmiş heykəli dayanmışdı. Adam heç olmasa Üzeyirdən utanar... Ya da ada qırx ilə yaxın simfonik orkestrin bədii rəhbəri və baş dirijoru olan Niyazidən utanar. 
Şəhərləri bəzəyən abidələr
Bilənlər bilir, filarmoniya inqilabdan qabaq Bakı milyonçularının əyləncə yeri idi. Sovet hökuməti onu alıb verdi xalqa. Dövlətimiz də filarmoniyada yüzlərə adama maaş verir ki, musiqi ölməsin, “astanofka” mahnıları hər yeri bürüməsin, incə zövqə malik insanlar gəlib musiqi dinləsinlər, onlar üçün də bir məkan olsun. Daha dövlət demir ki, ərəb turistləri üçün diringəxana açasan...
Murad Adıgözəlzadənin yaradıcılıqdan yaramazlığa gedən yolu… - Reportyor
Yeri gəlmişkən, həmin o diringə görüntülər də Murad Adıgözəlzadənin özündən məşhur xanımı Aysel Teymurzadənin ad günündən idi. Xanımın 33 yaşı olurdu. Və başqa yerə xeyir verməmək üçün  məclisi də bura salmışdılar. Oxumuş adam başqadı. Görün, necə fikirləşib...  
Aysel əri ilə - FOTO
Amma nəzərdən qaçırdığı Prezident Adminstrasiyasının qarşısında keçirilən bu mərasimin  filarmoniya,  dövlət qulluqçusuna,  dövlətə,  dövlətçiliyə hörmətsizlik olmasıdır. Onun gözü heç ayağının altını da görmür. 
Prezident Administrasiyasının yeni strukturu və təyinatlar - TAM SİYAHI
Amma, Murad Adıgözəlzadənin naziri danışmaqda oynamaqda olduğu qədər mahir deyil. Siz onun açıqlamasını açıqlamasını gördünüz? Deyir restoranın işıqlarını söndürmüşük. Montyorsan sən? Bəlkə dirəyə çıxıb ordan özün söndürəsən? Hələ deyir ki, Murad müəllim polisə müraciət də edibdir. Polislə Murad müəllimin dialoqunu heç Sabir də yaza bilməz. Restoranı da bilirsiz də kimə icarəyə veriblər. Harun ər Rəşidə. Düz sözümdür, inanmayan gedib montyordan soruşsun. 

Bizim bəxtimiz belədir də. Camaatın Motsartı var, bizim Muradımız. O Harun ər Rəşidə bax, bizə gələnə bax. 

Araşın sözü olmasım, canım ay Beko...


AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın