Səfər Mehdiyevin kadr siyasəti: tanınmışların qohum-əqrəbası

27, 05, 22
17:00

Səfər Mehdiyevin kadr siyasəti: tanınmışların qohum-əqrəbası


Jurnalist Həbib Müntəzir Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin kadr siyasətindən yazıb.

O bildirib ki, komitə sədri tanınmış şəxslərin, məmurların qohumlarını vəzifəyə təyin edib: "Bu xəbəri necə qaçırmışam?! Sən demə, Səfər Mehdiyev Dövlət Gömrük Komitəsində kütləvi kadr dəyişikliyi edərək İlham Əliyevvari islahatlar aparıb". 

Jurnalist komitə sədrinin təyinatlarını da sadalayıb: "Gömrük sistemində rüşvət və inhisar yoxdur!" devizi ilə od püskürən gömrükbaşı, bu yaxında "Qohumbazlıq da yoxdur" şüarını səsləndirəcəyi şübhəsizdir:

- Beylər Eyyubovun qardaşı oğlu Eyyubov Həsən Nəbi oğlu Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

- Ramiz Mehdiyevin qardaşı oğlu Mehdiyev Telman Hüseynqulu oğlu Qərb Ərazi Baş Gömrük idarəsinin Baş gömrük idarəsinin rəisi vəzifəsinə təyin olunub.

- Zaqatalanın icra başçısı Mübariz Əhmədzadənin oğlu Əhmədzadə Coşqun Sumqayıt Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

- Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, Bakı İslam Universitetinin rektoru Hacı Sabirin oğlu Həsənli Hüseyn Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Baş Gömrük İdarəsinin rəisinin birinci müavini vəzifəsinə təyin olunub.

- Baş prokurorun müavini olmuş Rüstəm Usubovun kürəkəni İsmayılov Üveysi Ərəstun oğlu cənub ərazi Baş Gömrük İdarəsinin Baş Gömrük İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub.

- Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin qardaşı Rzayev Rauf Yaqub oğlu Şimal Ərazi Baş Gömrük İdarəsinin Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

- 20 il Azərbaycanın Baş Prokuroru olmuş, I dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralovun əmisi oğlu Qaralov Səməd Əsəd oğlu Gömrük Nəzarətinin təşkili və ticarətin asanlaşdırılması baş idarəsinin baş idarə rəisinin 1-ci müavini vəzifəsinə təyin olunub".

Dövlət Gömrük Komitəsi xəbərə münasibət bildirməyib. 

 AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə saxlayın